"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 3-04-2019, 14:40
Millət vəkili Azərbaycandakı auitzm sindromlu xəstələrdən danışdı
“Bu gün Azərbaycanda autizm sindromlu xəstələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi rəqəmdən qat-qat artıqdır. Elə ətrafımızda xeyli sayda insan var ki, onların övladları autizm sindromundan əziyyət çəkirlər. Bunlar yəqin ki, nazirlikdən rəsmi qaydada əlillik dərəcəsi alan autizm sindromlu xəstələrdir”.
Butov.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Sona Əliyeva Azərbaycanda autizm sindromlu xəstələrlə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan autizm sindromlu xəstələrin rəsmi statistikasını aparan hər hansı dövlət qurumu yoxdur:
“Sadəcə QHT sektorunun bununla bağlı yaydığı bir hesabat var və həmin sənəddə Azərbaycanda altı minədək autizm sindromlu xəstələrin olduğu qeyd olunur”.
S.Əliyeva qeyd edib ki, autizm sindromlu xəstələr ağırlıq dərəcəsinə görə dörd kateqoriyaya bölünür:
“Bu gün Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi bu xəstələrə əlillik dərəcəsi verir. Məsələnin müsbət cəhəti də ondan ibarətdir ki, onlara ömürlük əlillik dərəcəsi verilir, autist xəstələr əlillik dərəcəsi almaqla bağlı bir daha komissiyadan keçmirlər. Lakin rəsmi statistika yoxdur. Bunun da əsas səbəblərindən biri ölkədə autizm xəstələrə diaqnoz qoyacaq və onları müəlicə edəcək mütəxəssisin qıtlığı ilı bağlıdır. Bu gün ölkədə barmaqla sayılacaq dərəcədə autism üzrə mütəxəssis var”.
Deputat hesab edir ki, autizm sindromlu xəstələr nə qədər erkən yaşlarında aşkar edilərək diaqnozları müəyyənləşərsə, onları reablitasiya edib cəmiyyətə qazanadırmaq daha asan olar:
“Bu xəstəliyin digər xəstəliklərdən fərqi ondan ibarətdir ki, onların yüngül formalı sindroma nalik olanları reablitasiya yolu ilə cəmiyyətə inteqrasiya etmək olur. Çünki bu xəstəlik bir davranış pozğunluğu xəstəliyidir. Onlarda əqli çatışmazlıq və digər problemlər olmur. Onların sadəcə davranışında problemlər olur və onlar da nə qədər tez diaqnoz qoyularsa, problem həllini tapa bilər. Əslində bu xəstələrə diaqnoz uşaq dünyaya gəldikdən 12 ay sonra qoyulur. Ancaq Azərbaycanda bu yaşda uşaqlara diaqnozu vermək çətin olduğundan, adətən 3 və daha yuxarı yaşda mümkün olur”.
Millət vəkilinin fikrincə, ölkədə bu xəstələri reablitasiya etmək üçün iki mərkəzin fəaliyyət göstərməsi azdır:
“Hesab edirəm ki, bunun üçün xüsusi böyük bir mərkəz yaradılmalıdır. Belə uşaqlar həmin mərkəzdə həm müayinədən keçməli, ağırlıq dərəcələrinə görə kateqoriyalara ayrılmalıdır, həm də xəstələrin rəsmi statistikası aparılmalıdır. Yoxsa iki kiçik mərkəzlə belə xəstələri müalicə etmək mümkün deyil. Dünya statistikası göstərir ki, bu sindroma yoluxan uşaqların sayı ilbəil artır. Türkiyədə bu xəstələrin müalicəsi ilə məşğul olan böyük bir fond fəaliyyət göstərir. Qardaş Türkiyədə bu məsələyə çox ciddi yanaşılır. Onların cəmiyyətə inteqrasiya olunması üçün autizm sindromlu uşaqlar icbari qaydada təhsil reablitasiyasına cəlb olunurlar. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmalıdır”.
S.Əliyeva bildirib ki, autizm sindromlu xəstələrlə bağlı ayrıca qanun yoxdur: “Onların reablitasiya təhsilinə cəlb olunması ilə bağlı “Təhsil haqqında” çərçivə qanununa uyğun olaraq “Xüsusi təhsil haqqında” qanuna uyğun olaraq təhsilə cəlb olunurlar. Orada da autizm sindromlu uşaqların təhsili və reablitasiyasi ilə bağlı ayrıca müddəalar yoxdur. Arzu edərdim ki, yaxın gələcəkdə qanunvericiliyə bununla bağlı müvafiq dəyişikliklər edilib, autizm xəstələrin reablitasiyasi və təhsilə cəlb edilməsi ilə bağlı müəddəalar salınsın. Ümumiyyətlə həm qanunvericilikdə, həm də praktikada bu sahə ilə bağlı bütün məsələlərə təkmilləşdirilməli və bu sindromdan əziyyət çəkən insalara diqqət artırılmalıdır”.
Bununla belə S.Əliyeva bildirib ki, Təhsil Nazirliyinin inkluziv təhsillə bağlı dövlət proqramı qəbul edilib və həmin proqramda digər sağlamlıq imkanları məhdud olan uşaqlarla yanaşı, autizm sindromlu uşaqlarında təhsilə cəlb olunması əks olunub:
“Fikrimcə, autizm sindromlu xəstələrin hamısına eyni gözlə baxmaq olmaz. Sindromun ağırlıq dərəcəsinə görə kateqoriyalara bölünməli və hər bir kateqoriyaya fərdi yanaşma olmalıdır. Autizm sindromunun elə yüngül formaları var ki, onlar reablitasiya təhsilindən sonra cəmiyyətə inteqrasiya oluna bilərlər. O baxımdan da Azərbaycanda bu sindromlu xəstələrin reablitasyasi üçün müxtəlif layihələr və proqramlar həyata keçirilməlidir”.
Deputat onu da qeyd edib ki, autizm sindromlu xəstələrdən hətta bütövlükdə cəmiyyət və dövlət faydalana bilər:
“Yüngül dərəcəli autizm sindromlu xəstələrinin digərlərindən fərqli olaraq qeyri-adi yaddaşa, istedada malik olanları var. Dünya statistikasına əsasən hər 10 yüngül dərəcəli autizm sindromuna malik şəxsin bir neçəsi xüsusi qabliyyətə malikdir. Belə insanlar arasında çox məhşur idmançılar, musiqçilər və digər sahənin mütəxəssisləri var. Hətta İsraildə belə şəxslərdən hərb, texnologiya və digər sahələrdə çox səmərəli qaydada istifadə edirlər. Əgər Azərbaycanda da bununla bağlı xüsusi böyük bir mərkəz olarsa, nəinki onları reablitasiya edib cəmiyyətə inteqrasiya etmək olar, eyni zamanda bütövlükdə cəmiyyət belə insanlardan fayda götürə bilər. Bundan ilk növbədə qazanan ailə olacaq. Ailənin mənəvi və iqtisadi yükü azalacaq. Bir missal çəkim, Belarusda autizm sindromundan əziyyət çəkən gənc idmançı var və o, 21 qızıl medal qazanıb. Odur ki, belə bir mərkəz onları müalicə etməklə, onların istedadını da üzə çıxara bilər. Ona görə də bu sahədə ilk olaraq müətəxəssis hazırlığına diqqət yetirmək lazımdır. Çünki bu xəstəlik son 20 ilin xəstəliyidir və dərmanla müalicə olunmur. Bu xəstəlik ətraf mühitin çirklənməsi və qidlanması nəticəsində yaranan xəstəlikdir. Xəstəlik gənc olduğundan da dünyada onun dərmanla müalicəsi yoxdur. Sadəcə xüsusi metodik qaydalarla müalicə edib cəmiyyətə qazandırmaq mümkündür. Bu sahəyə diqqət artırılmalıdır”- millət vəkili bildirib.
Qeyd edək ki, bu gün dünya əhalisinin təxminən 1 faizi, 70 milyon insan autizm sindromludur. Azərbaycanda daautizm sindromlu uşaqlar xüsusi reabilitasiya prosesinə cəlb olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi xəbərə görə, qurumun tabeliyindəki Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində autizm sindromlu uşaqlara müasir və sınanmış metodlar əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.
Hazırda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 61, Uşaq Bərpa Mərkəzində isə 20 autizm sindromlu uşaq qeydiyyatdadır.


Paylaş



Bölmə: Sağlamlıq / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!