2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tramp "Tesla"dan imtina edir .....                        Millimiz Qazaxıstanı məğlub etdi .....                       
Tarix : 17-04-2017, 20:05
Azərbaycanda qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb

Azərbaycanda rəsmi qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı açıqlanıb.
Butov.az-ın APA-ya istinadən xəbərinə görə, Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova Ümumdünya Hemofiliya günü ilə bağlı keçirilən tədbirdə bildirib ki, mərkəzdə 1554 nəfər xəstə qeydiyyatdadır. 2016-cı ildə 69 xəstə ilkin qeydiyyata alınıb: "Bu da xəstələrin nisbi artımı deməkdir. Xəstələr arasında 1-5 yaş arası olanların sayı 113, 5-15 yaş arasında olanlar isə 222 nəfərdir. Bu gün 47 ağır hemofiliyalı xəstə uşaqda profilaktika aparılaraq əlilliyin qarşısı alınır, həyat keyfiyyətləri yaxşılaşaraq sağlam insanlardan seçilmirlər".
E. Qədimova əlavə edib ki, son illər Mərkəzi Aran, Bakı və Sumqayıtda xəstələrin sayı artıb. Bakı üzrə 738, Sumqayıtda 76 nəfər xəstə var: "Hemofiliya müxtəlif qanaxmalarla xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon Villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar zamanı qanın oynaq və yumşaq toxumalara yığılması nəticəsində xəstənin hələ uşaq və gənc yaşlarında əlil olmasına, bəzən də ölümünə səbəb olur. Bu gün mərkəzdə xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatlar ölkəyə gətirilir. Azərbaycanda hemofiliyalı xəstələrin 20 faizi lazımi dərman preparatları ilə təmin edilir. Hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!