Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
Tarix : 9-03-2021, 15:07
Səs tellərini qıcıqlandıran ərzaq məhsullarından uzaq durmaq lazımdır

Yaşadığımız həyatda bəzən səs tutulması ilə üzləşirik. Təəssüf ki, belə olanda çox vaxt əhəmiyyət vermirik, lakin bu halın tez-tez təkrarlanması ciddi xəstəliklərin göstəricisi ola bilər.
Butov.az xəbər verir ki, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova AZƏRTAC-a deyib: “Səs teli xəstəlikləri üç cür olur: orqanik, funksional və nevroloji. Orqanik xəstəliklərə daha çox evdar xanımlar arasında rast gəlinir. Onlar səs tellərini daha çox gücə salır, uşaqlara qışqırır və bunun nəticəsində səslərində dəyişiklik əmələ gəlir. Funksional problemlər daha çox səs tellərinin işləməsi, nevroloji problemlər isə səs tellərini təchiz edən sinirlərlə əlaqədar olur”.
Mütəxəssislər bildirirlər ki, bir həftə ərzində səsdə xırıltı və tutulma müşahidə olunarsa, pəhriz saxlamaq, səs tellərini qıcıqlandıran ərzaq məhsullarından uzaq durmaq lazımdır. Həmin hal davamlı şəkil aldıqda həkimə müraciət etməyə ehtiyac var.
Həkim-otolarinqoloq vəziyyətdən çıxış yollarını da göstərib: “Duzlu, istiotlu, turşulu və ədviyyatlı qidalardan maksimum dərəcədə imtina etmək lazımdır, çünki onlar birbaşa mədə turşuluğunu artırır, bu isə səs tellərinə yandırıcı təsir edir. Bundan başqa yuxu rejiminə riayət etmək, çoxlu su içmək lazımdır. Qazlı sular, energetik içkilər içməkdən, xüsusilə siqaret çəkməkdən uzaq olmaq lazımdır”.
Onun dediyinə görə, mədə turşuluğunun artmaması üçün qidalanmaya diqqət yetirməklə yanaşı, digər məqamları da nəzərə almaq lazımdır. Həkimin bildirdiyinə görə, ən qısa müddətli səs tutulmasında belə səsə ən azı bir gün istirahət vermək və imkan daxilində danışmamaq lazımdır.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!