İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 28-02-2022, 16:56
Həkim virusdan sonra qalan problemləri açıqladı

Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü, professor Tevfik Özlü epidemiya ilə bağlı son vəziyyəti dəyərləndirib.

Butov.az Publika.az-a istinadən xəbər verir ki, professor vəziyyətin xeyli dəyişdiyini qeyd edib.

“Ümumi baxdığımız zaman yüngül burun axıntısı, asqırma, boğazda yüngül qaşınma, yanma, bəzən yüngül hərarət ola bilər, 1-2 gün. Təngənəfəslik yoxdursa, ağrının olması vacib bir problem deyil. Xəstə adətən 4-5-ci gündə yaxşılaşır, ya da pisləşirsə, siqnallar dərhal görünür.

Təngənəfəslik kimi, tənəffüs çətinliyi halları da özünü göstərir. Ümumiyyətlə, ilk 3-4 günə aldanmamaq lazımdır. “Yüngül olacaq, eybi yoxdur, öhdəsindən gələcəm” deyə fikirləşirsən, amma 5-ci və 6-cı günlərdə işlər nəzarətdən çıxa bilər. Ehtiyatlı olmaq lazımdır”, - professor bildirib.

Alimin sözlərinə görə, post-koronavirus adlandırılan dövr 3 aydan sonra başlayan vəziyyəti təmsil edir: “ “Omikron”u keçirənlər belə bir dövrə yenicə qədəm qoyur. Ona görə də bu ştam haqqında dəqiq bir şey deyə bilmərəm. Post-koronavirus gələcəyin ən böyük problemidir. Bunu unutmaq olmaz. Kəskin dövrü birtəhər keçirik, keçir. Lakin səhiyyə sisteminin yükü çox olacaq. Koronavirusdan sonra şəkər xəstəliyi, böyrək çatışmazlığı yaranan insanlar var, ən çox gördüyümüz isə ağciyər çatışmazlığıdır. Onların bəziləri hələ də oksigendən asılı olaraq əlil arabası ilə yaşamalı, həyatını bu şəkildə davam etdirməlidir”.

Həkim əlavə edib ki, yüngül xəstələrdə də qalıcı problemlər yarana bilir:

“İnsanlar xoşbəxtdirlər, çünki kəskin dövrü keçib sağalıblar, “yaxşıyam” deyirlər. Yüngül hallarda belə bəzən uzunmüddətli, qalıcı problemlər yarana bilər. Bu baxımdan diqqətli olmaq lazımdır”.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!