Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 7-01-2017, 12:06
Şəhərdə qorxulu infeksiya var, NƏ ETMƏLİ? – Həkim məsləhəti

Baş ağrısı, boğazda quruluq və yanğı, öskürək, yüksək temperatur... Son 1 ayda demək olar ki, bir çox insanlarda bu hal müşahidə olunur. Xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti dərman qəbul etsə də, bunun bir təsiri olmadığı da sirr deyil.

260 müayinə nümunəsi...

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesabat konfransında baş həkimin müavini İradə Əliyeva qriplə bağlı çağırışların sayının çoxaldığını etiraf edib: “Qrip mövsümi xəstəlik olduğu üçün bu ara infeksiyaya tutulanların sayı artıb. Qrip hava-damcı infeksiyası sayılır, tez yayılır. Həkimlər yüksək hərarətlə bağlı xəstələrə evdə yardım göstərirlər. Çağırışlar zamanı xəstəxanaya yönəldilən olmayıb”.

Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyir ki, ötən ilin oktyabr ayından bu günə kimi xəstəxanalardan götürülən 260 müayinə nümunələrində təhlükəli virus aşkar edilməyib: “Nümunələrin analizi zamanı 5 adena və 6 paraqrip virusları tapılıb. Bu virus qripəbənzər infeksiya törədir. Bu zaman qripdə olduğu kimi öskürək, asqırmaq, yüksək hərarət, ümumi halsızlıq kimi simptomlar müşahidə edilir. Ağırlaşma halları ilə bağlı bizdə məlumat yoxdur. Mövsümi xarakterli xəstəliklərdir. Xəstə insanlar həkimə gec müraciət etdikdə müxtəlif fəsadlar baş verir”.
Rita İsmayılova deyir ki, götürülən nümunələrin 20 faizini 17 yaşına qədər insanlar təşkil edir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri Kəmalə Ağayevanın fikrincə, qripdən qorunmağın ən yaxşı üsulu peyvəndlərdən istifadədir: “Qrip hava-damcı yolu ilə keçən virus infeksiyasıdır. Ondan qorunmaq üçün ən yaxşı yol peyvəndlərdir. Sentyabr-oktyabr aylarında bu vaksinlərin vurdurmaq lazımdır. Vaksinlər 6 ay müddətində insanları qripdən qoruyur. Qripə yoluxsa belə, xəstəliyi daha yüngül keçirir”.

Kəmalə Ağayevanın sözlərinə görə, qrip zamanı antibiotiklərdən istifadə virusa heç bir təsir göstərmir: “Qripləmiş insanın hərarəti 5-7 gündən çox çəkirsə, mütləq həkimə müraciət edilməlidir. Virus infeksiyası zamanı hərarət bir qədər yüksələn kimi antibiotikdən istifadə etmək olmaz. Antibiotiklər bakterial ağırlaşmalar zamanı vurula bilər. Bəzən xəstə insanlar özbaşına düzgün olmayan qaydada antibiotiklərdən istifadə edirlər. Bu, düzgün deyil”.

Bəs qripdən vaksinsiz necə qorunaq?

Şöbə müdiri qripi yüngül formada keçirtməyin başqa yollarından da danışdı. Onun sözlərinə görə, tərkibi C vitamini ilə zəngin qidalara üstünlük verilməlidir: “Qripə yoluxmuş şəxs çoxlu miqdarda maye içməlidir. Çünki maye toksinlərin tez bir zamanda bədəndən xaric olunmasına kömək edir”.

Tibb elmləri doktoru Adil Qeybulla deyir ki yuxarı tənəffüs yollarında parazitlik edən viruslar var ki, soyuqdəymədə, qripəbənzər əlamətlərlə kəskin iltihabını törədirlər: “Buna soyuqdəymə və kəskin respirator xəstəlik deyilir. Son günlər əhali arasında yayılan xəstəlik kəskin respirator xəstəliyidir. Virusun növündən asılı olaraq çox ağır keçir. Ona görə də bu cür hallarda insanlar özlərini qorumalıdırlar. Xəstələrlə təmasda olmamalı, xəstə adamların yataq rejiminə keçməsi təmin olunmalıdır”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!