Zelenski Trampla danışıqlar apardı .....                        Makron Bakı və İrəvana dəstək ifadə etdi .....                        ABŞ-nin Zəngəzur dəhlizi təklifinə Ermənistandan reaksiya .....                        Tramp Rusiyaya 50 gün vaxt verdi .....                        Azərbaycan millisinin futbolçusu “Fənərbağça”da .....                        Paşinyan Makronla görüşdü .....                        Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü .....                        Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü .....                        Motosikletlə avtoxuliqanlıq etdi, həbs olundu .....                       
Tarix : 26-05-2016, 15:39
Qubanın alma bağlarına xəstəlik düşüb


Qubanın alma bağlarına xəstəlik düşüb. Xəstəlik artıq meyvələrə də öz təsirini göstərib.

Bağlara düşən xəstəlik mühüm zərərverici qrupları ilə yanaşı, meyvə bağlarına göbələk, bakteriya, virus, mitoplazma, həmçinin funksional və abiotik mənşəli xəstəliklər də böyük iqtisadi zərər vurur. Ancaq havanın rütubətli keçməsi bu xəstəliyi daha da aktivləşdirir.

Fermer Zakir Həsənov bildirib ki, almalar artıq bu virus nəticəsində əyri böyüyəcək və xəstəlik düşən nöqtə inkişafdan dayanacaq: "Göbələk mənşəli xəstəliklərdən dəmgil daha böyük iqtisadi zərərvurmaya malikdir. Xəstəliklə yarpaq, çiçək, zoğ və meyvələr yoluxur. Rütubətli və soyuq keçən yaz aylarında xəstəlik epifitotik hal olaraq məhsulun 85-90%-i, yarpaqların isə 100%-nin yoluxmasına səbəb olur".

Sahibkar Faiq Nəcəfov isə xəstəliklərə qarşı istifadə olunan dərmanların keyfiyyətindən narazı olduğunu bildirib: "Narahat doğuran məqamlardan biri də dərmanların keyfiyyətinin aşağı olmasıdır. Lakin problemlər bununla bitmir. Dərmanların satışında da problemlər yaşanır. Dərman satışına nəzarət olunmur. Əksər dərmanlar isə xarici ölkələrdən idxal olunur və labaratoriyalarda yoxlanılmadan satışa çıxarılır".

Quba Fermer Evinin böyük elmi işçisi Rüfət Məmmədov bildirib ki, alma bağlarına düşən xəstəliklərin qarşısını vaxtında almaq olardı: "Dəmgil xəstəliyi asan yoluxan xəstəlikdir. Bu xəstəliyin ilkin əlamətləri ağacın yarpağında daha sonra isə yeni cücərmiş meyvələrdə özünü göstərir. Dərmanlardan düzgün və vaxtında istifadə etməklə bu kimi xəstəlillərin qarşısınbı almaq mümkündür. Xəstəlik geniş yayılanda isə və artıq meyvələrə yoluxarsa qarşısını almaq olmur".

Qeyd edək ki, şimal bölgəsində 33 min 406 hektar meyvə bağı var ki, bunun da 70 % faizini alma bağları təşkil edir. Qalan 30 % isə çəyirdəkli meyvə bağlarıdır.


Virtualaz.org


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!