Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 14-12-2020, 12:15
Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidir? - Həkimdən açıqlama
Əgər təqribən 15-20%-dən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bütün əhaliyə laborator və instrumental müayinələrin nəticələrində əsaslı dəyişiklik olan xəstələrin nə etməli olması elan edilməlidir:

"İnsanlar bilmir ki, nə etsin! Təcili yardım çatdırmır, sahə həkimləri çatdırmır və əksəriyyəti bu sahə üzrə bilgisizlikdən çox fərqli reseptlər yazır! Xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu, həm həkimləri, həm də xəstələri çox çaşdırır! Bəzən heç qızdırması olmayan xəstənin vəziyyəti çox ağırlaşır, bəzən qızdırması olan insan xəstəliyi yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur. Xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər - başağrı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə COVİD-dən şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan (boğazdan-əsnəkdən, burundan) yaxma-sıyrıntı-test analizi verilməlidir! Test analizi mənfi çıxıbsa, lakin yuxarıdakı saydığımız şikayətlər biruzə verilib artırsa, mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir!"

A.Əliyev qeyd edib ki, əgər təqribən 15-20%-dən çox buzlu şüşə mənzərəsi varsa, dərhal müalicə başlamalıdır. KT müayinəsində buzlu şüşə mənzərəsi 30%-dən çox olanlar, xüsusən yanaşı xəstəliyi olan xəstələr mütləq stasionar müalicə almalıdırlar:


"Bu halda təcili yardım və qaynar xətlərə davamlı zəng edib stasionar müalicə tələb edin! KT müayinəsində 50%-dən çox buzlu şüşə görüntüsü olan xəstə görmüşəm ki, şikayəti çox cüzidir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir!".

Həkim əlavə edib ki, yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən 5-12 günlərində KT müayinəsində 5-10%-ə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panik vəziyyətə düşməsinlər, qəti surətdə antibiotiklərdən, deksametazon, damar daxili inyeksiyalar-sistemlərdən istifadə etməsinlər! Bu yolla öz xəstəliklərini çox ciddi şəkildə ağırlaşdıra bilərlər!

Onun sözlərinə görə, test analiziniz müsbətdirsə, lakin heç bir şikayət, yanaşı ciddi xəstəlik, KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa heç bir müalicəyə ehtiyac yoxdur:

"Maska geyinmək (xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, bir yerə toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir!"


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!