Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb .....                        4 ölkə Azərbaycan qazı ilə bağlı bəyanat yaydı .....                        Şahin Şıxlinski saxlanıldı - Yekaterinburqa aparılır .....                        Türkiyədə növbədənkənar seçki? - Nazir tarix AÇIQLADI .....                        Azyaşlı Kürdə batdı .....                        Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ .....                        Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişi tutuldu - YENİLƏNİB .....                        Lənkəran sakini Serbiyada binadan yıxılaraq öldü .....                        CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                       
5-08-2022, 20:47
Yoluxanların sayı 500-ü keçdi - Ölən yoxdur


Yoluxanların sayı 500-ü keçdi - Ölən yoxdur

Azərbaycanda koronavirusa 540 yeni yoluxma qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan ölən yoxdur. Ölkədə indiyədək 801 018 nəfər koronavirusa yoluxub. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3 054 nəfərdir. Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.

4-08-2022, 17:09
Vurulan vaksinlərin ümumi sayı 14 milyona çatır


Vurulan vaksinlərin ümumi sayı 14 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1962 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 248, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1200, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 219 nəfərdir. Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 824 041, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 712, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 491, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 342 589, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 249 nəfər təşkil edir.


1-08-2022, 20:40
Xərçəng əleyhinə qida məhsulları


Xərçəng əleyhinə qida məhsulları

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 27 000 insan xərçəngdən həyatını itirir. Yüksək ölümə səbəb, bir qayda olaraq, şişin gec diaqnostikasıdır. Xərçəngin nədən əmələ gəlməsinə birmənalı cavab yoxdur. Lakin, ekspertlər bildirir ki, ümumiyyətlə həyat tərzi və xüsusən də qida rasionu ömrün uzunluğuna və bədxassəli şişin inkişaf edib-etməməsinə təsir edə bilər. “MedikForum” xəbər verir ki, xərçəng əleyhinə qidaların siyahısına: xaççiçəklilər fəsiləsinə aid olan tərəvəzlər, qoz-fındıq və tum, eləcə də paxlalılar daxildir. Brokkoli, kələm, Brüssel kələmi və gül kələmi kimi tərəvəzlərin əksəriyyəti qidalandırıcı maddələrlə zəngindir, onlar həm bişmiş, həm də çiy halda qəbul edilə bilər. Onların tərkibində bədəndə xərçəng şişlərinin və iltihabın inkişafının qarşısını ala bilən minerallar, vitaminlər, antioksidantlar və sulforafan fitokimyəvi maddələr var. Bundan əlavə, bu tərəvəzlər ürək xəstəlikləri riskini azaldır və immun sistemini gücləndirir. Qoz-fındıq və tum xərçəng əleyhinə xüsusiyyətləri ilə tanınan Aralıq dənizi pəhrizinin tərkib hissəsidir. Fındıq və tumun əlavə edilməsi bədəni zülallar, faydalı yağlar, vitaminlər, fitosterollar, minerallar və uzunömürlülük üçün lazım olan antioksidant xüsusiyyətləri kimi əsas qidalarla təmin edirlər. Ekspertlər bildirirlər ki, bu məhsullar aşağı glisemik indeksə malikdirlər, çəkiyə nəzarət etməyə kömək edir, aclıq hissini azaltmaqla kalori qəbulunu tənzimləyir, ürək xəstəlikləri və bəzi xərçəng növləri riskini azaldırlar. Doymamış yağlarla zəngin olan qoz-fındıq qanda xolesterinin səviyyəsinə nəzarət etməyə qadirdir. Gündə 28-30 qram – təxminən bir ovuc qoz-fındıq istehlak etmək tövsiyə olunur. Paxlalı bitkilərin müntəzəm istehlakı nişasta və lif səviyyəsini artırır. Ekspertlər vurğulayırlar ki, bu, aclıq hissini azaltmağa, qanda şəkərin səviyyəsini sabitləşdirməyə, xolesterinin səviyyəsini tənzimləməyə, xərçəng hüceyrələrinin böyümə riskini azaltmağa və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. “Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, lobya təhlükəli visseral qarın piyini azaltmağa kömək edir. İçkilərdən su və yaşıl çayı seçməyə məsləhət görülür. Araşdırma nəticəsində məlum olub ki, gündə beş stəkandan çox yaşıl çay içənlərin infarkt və ya insultdan ölmə riski bu içkidən imtina edənlərlə müqayisədə 26 faiz azdır. Digər araşdırma göstərir ki, həftədə ən azı üç dəfə yaşıl çay qəbul edənlər, bunu etməyənlərlə müqayisədə orta hesabla 15 ay daha çox yaşayırlar.
1-08-2022, 19:29
Ötən gün cəmi 6 vaksin vurulub


Ötən gün cəmi 6 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Son sutkada pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar olmayıb. Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 13 818 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 890, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 788, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.



1-08-2022, 19:22
Bu dəfə yoluxma azaldı - Ölən yoxdur


Bu dəfə yoluxma azaldı - Ölən yoxdur

Azərbaycanda koronavirus infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 798 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9748 nəfər vəfat edib, aktiv xəstə sayı 2406 nəfərdir. Son sutka ərzində 2128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.



31-07-2022, 19:11
Denge qızdırmasına yoluxma sayı artır


Denge qızdırmasına yoluxma sayı artır

Kubada Denge qızdırmasına yoluxma sayı artır. Butov.az xəbər verir ki, Kuba Səhiyyə Nazirliyi Denge qızdırması ilə əlaqədar profilaktika və nəzarətin artırılması barədə göstəriş verib. Həftə ərzində Denge qızdırmasına 23,7 min yoluxma qeydə alınıb. Bu göstərici öncəki həftə ilə müqayisədə 6 min, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 15 faiz çoxdur. Qeyd edək ki, ağcaqanadlar vasitəsi ilə yayılan Denge virus infeksiyasıdır, daha çox tropik və subtropik regionlarda rast gəlinir. Xəstəliyin əlamətləri yüksək temperatur, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı ağır daxili qanaxma ilə müşayiət olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!