Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 29-09-2021, 22:37
Ərdoğan-Putinin qapalı görüşü:


Ərdoğan-Putin görüşü başa çatdı:
liderlər görüşdən sonra heç bir açıqlama vermədi, hərçənd, qapalı müzakirələrə keçməzdən öncə verilən qısa açıqlamalar, fotoobyektlərə tuş gələn görüntülər, Ərdoğanın Soçi səfərindən əvvəl müsbət mesajları, Ankara-Vaşinqton xəttində narazılıqlar, Türkiyə-Rusiya arasında yeni S-400 razılaşmasının mümkünlüyü və s. tərəflərin razılaşma modunda olduğu ehtimalını önə çıxarır.
Liderlərin qapalı müzakirədən öncə açıqlamalarında Qarabağla bağlı da danışması bu məsələnin gündəm mövzularından olduğunu deməyə əsas verir. Lakin görüşdən sonra açıqlamaların verilməməsi (Ərdoğanın “məhsuldar görüş” tvitini saymasaq) nəticələri proseslərin inkişafında axtarmağa məcbur edir: görüşün həm Suriya, həm də Cənubi Qafqazda proseslərə təsir edəcəyi isə şübhəsizdir. Görüşdə bizim maraqlarımız fonunda diqqətçəkən məqam Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə də fəal işlədiyinə dair dedikləridir. Bunu Rusiyanın Qarabağda tərəf kimi qəbul etdiyi Türkiyəni Azərbaycan-Ermənistan sərhəd məsələsində də tərəf gördüyü kimi şərh etmək olar. Bu, iki kontekstdə Bakının maraqlarına uyğundur:
1. Türkiyənin bölgədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qarantı olduğunu Rusiya qəbul edir: Bu, Moskvanı mümkün təhdidlərdən çəkindirən amildir; istisna deyil ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində də atəşkəsə nəzarət prosesinə qoşulması Şuşa Bəyannaməsi imzalanmasından sonra Moskvanın qarşısında qaldırılıb və qəbul etdirilib;
2. Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə iştirak edən Türkiyə sərhədin demarkasiya və delimitasiyası, eləcə də sərhəd müqaviləsinin imzalanması prosesində də iştirak edə bilər.


Paylaş



Bölmə: Siyasət / Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!