Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                       
Tarix : 1-06-2016, 15:48
Millət vəkili: “Türk milləti heç bir zaman tarixində soyqırımı törətməyib”


Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyədə universitetdə konfrans verdi və türkləri qondarma erməni soyqırımını müzakirəyə çıxarmağa hazırlaşan Almaniya Parlamentinə etiraza səsləyib.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, İstanbulda Özyeğin Universitetində Qarabağ problemi ilə bağlı konfransa qatılan Q.Paşayeva ilk öncə ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyib.

Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamağımızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq deyən deputat Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər barədə geniş məlumatılar verib.

Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmirlər.

O, bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.

Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə də çağırıb.

Bu gün bəzi güclərin,onların KİV-lərinin,erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə çağırıb.

Deputat Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb və əsl həqiqətləri geniş yaymalı, Azərbaycan və Türkiyə əleyhinə yalanlara imkan verməməliyik deyib.

Q.Paşayeva bütün Türk dünyasını qondarma “erməni soyqırımı” yalanları ilə mübarizədə də daha fəal olmağa çağırıb.

Almaniya Bundestaqında qondarma erməni soyqırımı idddialarının müzakirəyə çıxarılacağı və qərar çıxarılacağı ilə bağlı xəbərlər hamımızı ciddi narahat etməlidir:

“Bu iddiaların müzakirərə çıxarılması və ya bununla bağlı hər hansı bir sənədin qəbulu dünyanın hər yerində yaşayan Türk insanı üçün böyük zərbədir. Biz dədələrimizə qarşı bu cür böhtanların atılmasına icazə verməməliyik.

Türk milləti heç bir zaman tarixində bir soyqırım törətməyib. Tam əksinə biz soyqırıma məruz qalmışıq. Ermənilər həm 20-ci əsrin əvvələrində həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib.

Amma təssüf ki, bu gün qondarma erməni soyqırımını öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər.

Ona görə də biz dünyanın hər yerində daha da fəal olaraq yalanların qəbul edilməməsi, həqiqətlərin daha geniş yayılması üçün mübarizə aparmalıyıq.

Bizim Almaniyada yaşayan yüzminlərlə insanımız bu məsələdə fəallıq göstərərək bu müzakirələrin aparılmaması və hər hansı bir sənədin qəbul edilməməsi üçün Almaniya Parlamentinə müraciətlər göndərməli, fəal çalışmalıdırlar.

Eyni zamanda dünyanın hər yerində yaşayan gənclərimiz bununla bağlı öz etirazlarını sosial media üzrəindən və digər vasitələlərlə Almaniya millət vəkillərinə çatdırmalıdırlar. Biz hamımız birlikdə bu hallara qarşı mübarizəmizi daha da gücləndirməliyik”.

Q.Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir.

Konfransın sonunda Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!