Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gəldi .....                        Bələdiyyələrin məlumatları vahid informasiya sisteminə ötürüləcək .....                        İranla müharibə tezliklə bitəcək - Tramp .....                        Kərim Vəliyev serbiyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə etdi .....                        İYİ Partiya sədri: Azərbaycanla aramıza nifaq toxumu səpməyə çalışırlar .....                        Koşta Bakı-Naxçıvan dəmir yolu layihəsinin əhəmiyyətindən danışdı .....                        Təhsilin rəqəmsallaşmasına 3 milyon ayrıldı .....                        İran yığması Dünya Çempionatında iştirak etməyəcək .....                        Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                       
Tarix : 1-08-2025, 11:23
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmlədi


Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmlədi

Azərbaycan UEFA Konfrans və Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqindəki mövqeyini möhkəmlədib.
Əmsallarının sayını 18.750-yə çatdıran Azərbaycan 28-ci sırada qərarlaşıb.
Hazırda Ukrayna 19.225 xalla 27-ci, Rusiya isə 18.299 xalla 29-cu pillədə yer alır.
Çempionlar Liqasında çıxış edən "Qarabağ" evdə İrlandiyanın "Şelburn" klubunu minimal hesabla məğlub edib – 1:0. Dublindəki 3:0 hesablı qələbədən sonra növbəti mərhələyə vəsiqə qazanan Ağdam təmsilçisi bu raundda Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında isə "Sabah" səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Moldova təsmilçisi "Petrokub"u cavab qarşılaşmasında da üstələyib - 4:1. Bakı klubu növbəti mərhələdə Bolqarıstanın “Levski” kollektivini sınağa çəkəcək.
"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə 2:2 hesablı heç-heçə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən Naxçıvan klubu iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib və Kipr “Omoniya”sına rəqib olub.
"Zirə" isə səfərdə Xorvatiya "Hayduk"u ilə qarşılaşmanın əlavə vaxtında 1:2 hesabı ilə uduzub. Bakıdakı ilk matçda 1:1 hesablı bərabərlik qeydə alındığı üçün bu nəticə "qartallar"ı avrokuboklardan kənarda qoyub.


Paylaş



Bölmə: İdman / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!