Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 31-07-2025, 22:12
Azərbaycan deputatından Zatulinə sərt cavab


Azərbaycan deputatından Zatulinə sərt cavab

Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin erməni separatçıları tərəfindən Xankəndidə qanunsuz ucaldılmış Ayvazovski abidəsinin sökülməsi ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Deputat bildirib ki, uzun illərdir Rusiya parlamentində MDB və xaricdə yaşayan soydaşlarla iş üzrə komitənin sədr müavini vəzifəsində çalışan Zatulin bu sahədə o qədər “uğurlu” fəaliyyət göstərib ki, artıq Ermənistan da daxil olmaqla bir sıra MDB ölkələrinə səfəri qadağan edilib:
“Son günlər rus mediasında Zatulin daha çox Dövlət Dumasının vitse-spikeri Tolstoydan aldığı möhkəm sillə ilə xatırlanır. Mövzunun dəyişməsi üçün Zatulin guya Xankəndidəki Ayvazovski abidəsinin sökülməsinə görə "kişicəsinə" kədər hissi yaşayıb. Halbuki, bu abidə separatçılar və Rusiya sülhməramlılarının himayəsi ilə qanunsuz şəkildə ucaldılmışdı və 2023-cü ildən sonra onların bölgədən çıxarılması ilə bu kimi özbaşınalıqlara son qoyulub.”
Rasim Musabəyov əlavə edib ki, Ayvazovski istər rus, istər erməni kökləri ilə Azərbaycan ictimaiyyətinə yaxşı tanış və sevilən sənətkardır. Lakin bu, Azərbaycanın öz ərazisində separatçıların “bədii təşəbbüslərinə” göz yumması anlamına gəlmir.
“Zatulinin Rusiya mətbuatında başladığı bu "yas" kampaniyası nə ermənilərin, nə də azərbaycanlıların gözündə ona nüfuz qazandıracaq. Çünki Azərbaycan ictimaiyyəti onu yaxşı tanıyır, o, post-sovet məkanında separatizmi təşviq edən, dəstəkləyən bir fiqurdur,” – deyə Musabəyov vurğulayıb.
Deputat, həmçinin Zatulinin Qarabağa etdiyi qanunsuz səfərlər zamanı heç vaxt Azərbaycan xalqına və mədəni irsinə qarşı törədilmiş vandallıq aktlarına reaksiya vermədiyini xatırladıb:
“Zatulin nə vaxtsa Şuşada güllələnmiş Natəvan, Bülbül və Üzeyir Hacıbəyliyə aid heykəlləri gördümü? Yaxud yandırılmış məscidlərimizlə bağlı bircə dəfə olsun mövqe bildirdimi? Xeyr.”
Musabəyov sonda əlavə edib: “Əgər Zatulin indi qəfil abidə müdafiəçisinə çevrilibsə, qoy əvvəlcə vicdanla etiraf etsin ki, o, illərdir Azərbaycan torpaqlarında separatizmə havadarlıq edib. Ayvazovski onun himayəsinə möhtac deyil. Bu möhtəşəm sənətkarın xatirəsinə hörmət göstərmək istəyən varsa, əvvəlcə onun adına ləkə salanlardan uzaq durmalıdır.”


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!