Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
Tarix : 30-11-2016, 11:12
Tramp Azərbaycanda nə qədər pul qazanıb?

Amerika KİV-i 2014-cü ilin yanvarından 2016-cı ilin mayına qədər olan dövrdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Azərbaycanda nə qədər pul qazandığını açıqlayıb.

Məlum olub ki, Tramp özü yalnız "Trump" adından istifadə üçün 2,8 milyon dollardan çox pul alıb.

Söhbət Azərbaycandakı təmtəraqlı Trump International Hotel & Tower Baku mehmanxanasından gedir.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, virtualaz.org bir müddət öncə Amerika KİV-nə istinadən Azərbaycanda Donald Trampla əlaqəli ən azı beş obyektin olduğu barədə yazmışdı. Bu arada qeyd edək ki, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq üçün Trampın ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinə göndərdiyi hesabatların yalnız birində Bakının adı 21 dəfə xatırlanır (Yeri gəlmişkən, orada Yerevan və ya Ermənistanın adı çəkilmir)!

Amerika nəşri ProPublica-nın yazdığı kimi, bütün bunlar əxlaq üzrə hüquqşünasların və ekspertlərin diqqətini çəkib. Çoxları hesab edirlər ki, hüquqi nöqteyi-nəzərdən Trampın xarici lisenziya razılaşmaları ABŞ Konstitusiyasını - hansının ki müddəaları prezidenti istənilən pul mükafatının, vəzifənin və ya titulun qəbulundan çəkindirir,- poza bilər. Konstitusiyanın pozulması isə impiçmentə gətirib çıxara bilər.

Ancaq bir "əmma" var. "Biz Trampın müddəaları pozduğunu necə biləcəyik?”-deyə ProPublica nəşri sual edir. Və özü də cavab verir: “Heç cür. Hər şeydən əvvəl informasiyanın açılması üzrə prezidentlərə qoyulan məhdudiyyət tələbinə görə”.

Bundan başqa Tramp, ABŞ-ın Hökumət Etikası üzrə İdarəsinin tələblərinə uyğun olaraq, 2018-ci ilin mayına qədər öz aktivləri, gəlirlər, hədiyyələr və qiymətli kağızların portfelləri üzrə illik kompleks hesabatı hazırlamaya bilər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!