Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        İlham Əliyevlə Vuçiç arasında ikitərəfli görüş başladı .....                        Prezident Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                       
20-10-2021, 18:28
İlham Əliyevdən Şərqi Zəngəzurla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.

Bütöv.az
20-10-2021, 11:49
Zəngilanın işğaldan azad edilməsindən bir il ötür - SİYAHI - VİDEO

Müzəffər Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları Ermənistan üçün gün keçdikcə rəzalətə çevrilirdi.

Ermənistanın özü haqqında illərlə apardığı təbliğatı, ordusu haqqında yaratdığı mifi Azərbaycan hərbçiləri yerlə-yeksan edirdi.

Hər keçən gün Azərbaycan Ordusu öz ərazilərini işğalçılardan təmizləyirdi.

2020-ci ilin 20 oktyabrı da əlamətdar idi. Düz bir il bundan öncə Zəngilan şəhəri işğaldan azad edilmişdi.

Həmin gün azad edilən digər ərazilərin siyahısını təqdim edirik:

Zəngilan rayonunun Havalı, Məmmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi;

Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdurrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;

Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhəmədli kəndləri;

Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.



Bütöv.az
19-10-2021, 21:23
İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏDİ

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, Anlaşma Memorandumu 2021-ci il sentyabrın 10-da Bakı şəhərində imzalanıb.

Bütov.az
19-10-2021, 12:17
İlham Əliyev slovakiyalı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, siyasi təmasların fəal şəkildə olduğu bildirilib. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ölkəsinin Azərbaycanı iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlara malik olan bir ölkə kimi qəbul etdiyini vurğulayıb və bildirib ki, Slovakiya tərəfi Azərbaycanla iqtisadi əlaqələrin inkişafı istiqamətində səylərin Prezident İlham Əliyev tərəfindən dəstəklənməsinə böyük önəm verir. Qonaq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. İvan Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Qonaq qeyd etdi ki, Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə sadiqdir və bu əsasda ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütov.az
18-10-2021, 12:17
Prezident Qətərin Baş nazirinin müavini ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaq Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib. Eyni zamanda, Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulanıb. Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edilib.

Söhbət zamanı, həmçinin post-pandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Butov.az
18-10-2021, 10:54
Mehriban Əliyeva Füzuli səfəri ilə bağlı paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “İnstagram” səhifəsində Füzuli rayonuna səfərlə bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar”.



Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!