Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 24-10-2021, 17:05
Paşinyan artıq cəsarətli açıqlamalar verir

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr ayında Moskvada bir araya gələcəyini öyrənmək məni çox sevindirdi. Çünki 10 noyabr atəşkəs bəyanatının vacib elementi - Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasındakı nəqliyyat əlaqələrinin yenidən açılması hələ ki, reallaşmayıb.
Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupundakı keçmiş amerikalı həmsədr Metyu Brayza noyabr ayında Moskvada planlaşdırılan üçtərəfli görüş haqda danışarkən deyib.
Brayzanın sözlərinə görə, erməni xalqı 10 noyabr bəyannaməsinin gətirəcəyi infrastruktur faydalarından əsasən xəbərsizdir:
“Bəyannamənin icrası yeni iş yerləri yaradacaq, iqtisadi artımı təmin edəcək, Ermənistanın Azərbaycan və Türkiyə ilə yeni əlaqələr qurması bu ölkənin regional iqtisadiyyata yenidən inteqrasiya etməsinə imkan yaradacaq, nəqliyyat infrastrukturu və investisiyalar böyük faydalar gətirəcək. Amma Ermənistan siyasəti son vaxtlara qədər erməni siyasi liderin bölgədəki bütün tranzit əlaqələrinin yenidən açılmasını tələb edən 10 noyabr atəşkəs bəyanatının son bəndindən faydalanmasına və ya onu qəbul etməsinə mane olurdu”.
Diplomatın fikrincə, Nikol Paşinyan seçkilərdə qalib gəldikdən sonra özünü daha aydın ifadə edir:
“O, artıq Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsinin və Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasının vaxtı çatdığını dilə gətirir. Düşünürəm ki, bu çox vacib irəliləyişlər toplusudur və ümid edirəm ki, Moskvada Prezident Putinlə görüş zamanı Baş nazir Paşinyan bu müsbət mövqeyini daha da möhkəmləndirəcək. Bilirəm, Prezident Əliyev bu nəqliyyat əlaqələrini bərpa etmək və təkcə Azərbaycana deyil, Ermənistana da investisiyaların yatırılması ilə məşğul olmaq istəyir ki, azərbaycanlılar və ermənilər bir daha qonşu kimi normal yaşaya bilsinlər”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!