İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 6-11-2015, 11:06
Metyu Brayza AŞPA-nın Ermənistanı işğalçı elan etməsini şərh edib



“AŞPA-nın Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə münaqişə ilə bağlı Avropa strukturları tərəfindən dəqiq və tarazlaşdırılmış bəyanat oldu”.


Butov.az-ın Teleqraf.com-a istinadən xəbərinə görə, bu barədə Dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, Birləşmiş Ştatların Azərbaycanda keçmiş səfiri Metyu Brayza “Vestikavkaz”a açıqlamasında deyib. Onun sözlərinə görə, siyasi məsələlər üzrə komitə bu bəyanatın qəbulu ilə ATƏT-in Minsk qrupunu səylərini dəstəklədiyini ifadə etdi: “Həmçinin, yeddi il əvvəl Minsk qrupu tərəfindən təqdim olunmuş baza prinsipləri həllində münaqişənin həll olunmasının tərəfdarıdır. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun azad olunması haqda çağırışlar artıq neçə illərdir səsləndirilir. Bununla yanaşı, AŞPA qətnaməsi Dağlıq Qarabağın aralıq hüquqi statusunun qurulmasına çağırır. Bu çağırışlarla yanaşı, hər iki tərəfin təmas xəttində silahlı toqquşmaları təcili dayandırmasının vacibliyi bildirilir. Hansı ki, bu Helsinki bəyannaməsinin üç əsas elementidir: Ərazi bütövlüyünün toxunulmazlığı, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək”. Keçmiş diplomat AŞPA-nın Ermənistanın Rusiya tərəfindən silahlandırılmasını qınadığını da diqqətə çatdırıb: “Sənəddə AŞPA ondan şikayətlənir ki, Ermənistan bu məsələdə siyasi məsələlər üzrə komitə ilə əməkdaşlıq etməkdən imtina edir. Bu müsbət bəyanatdır. Lakin onun praktiki tətbiqi mümkün deyil. Çünki AŞPA-nın belə sənədləri həyata keçirməsi üçün mexanizmi yoxdur”. - See more at: http://teleqraf.com/news/75635#sthash.kczLHeBk.dpuf


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!