30-09-2021, 16:21
“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilib. Bütov.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiyanın həmsədri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf təyin olunub.
Bundan başqa, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də komissiyanın tərkibinə daxil edilib.
30-09-2021, 11:39
Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən ilk plenar iclasında İrana səfəri barədə danışıb.Modern.az xəbər verir ki, Sahibə Qafarova səfəri zamanı Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə ilə ərazi bütövlüyünü bərpa etdiyini qeyd etdiyini bildirib:
"Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib”.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin 26 fevralında Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq:
“Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanındığını vurğuladım. Bunu nəzərə alaraq, bu məsələyə İran parlamentinin də diqqət yetirməsinə toxundum”.
Bütov.az
30-09-2021, 11:15
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri sentyabrın 29-da başa çatıb.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Bütov.az
30-09-2021, 11:12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.Bu barədə “Haber Global”a müsahibəsində Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
“Füzulidəki hava limanı tamamlanmaq üzrədir. Bu yaxınlarda onun açılışı da keçiriləcək. Həmin açılışa prezidentimiz də qatılacaq”, - deyə İ.Kalın bildirib.
Bütov.az
30-09-2021, 11:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.Bununla bağlı
Bütov.az məlumat yayıb.