Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                        Azərbaycanda sükut günüdür .....                       
Tarix : 9-10-2021, 09:00
Əfşar Süleymani: Şuşanı gizlicə Petrosyana ötürən XAİN

Kamal Əliyev

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı


İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib ki, İran 90-cı illərdə nə Azərbaycanı müdafiə, nə də himayə edib. O, hətta Xocalı faciəsində İranın susqunluğunu da qınayıb. İndi SEPAH-a və İrandakı kleptokratik elitaya yaxın olan “Keyhan” qəzeti iddia edir ki, Əfşar Süleymani Azərbaycanın ölkəmizdəki “5-ci kolonu”dur. Qəzet hətta biraz da irəli gedərək, keçmiş səfir haqqında ölçü götürülməsinin vacibliyinə eyham vurub.
Əslində, baş verən budur ki, Əfşar Süleymani indi təqaüddə olan diplomatdır və Azərbaycanda səfir olarkən dilə gətirmədiklərini rahat ifadə edə bilir. Bu baxımdan, ultra-mühafizəkar “Keyhan” qəzetinin Əfşarini hədələməsi absurdizimdən başqa bir şey deyil.

“Keyhan” qəzeti

1-ci Qarabağ müharibəsi dövründə İranın prezidenti olmuş Seyid Haşimi Rəfsəncani xələfləri ilə müqayisədə daha praqmat idi. Doğrudur, o, İrana rəhbərlik edərkən, biz Qarabağı itirdik. Keçmiş səfir Əfşar Süleymani də əslində dedikləri ilə ona təmas edir ki, 90-cı illərdə Azərbaycanı nə müdafiə etdik, nə də himayə. Yəni, Rəfsəncanini deyil, Xameneini nəzərə alın.

Ayətullah Rəfsəncani

Görünür, Süleymani nəhayət təqaüddə olarkən, oxları ali lider Xameneiyə tuşlamağı daha məqbul hesab edir.
Belə ki, Rəfsəncani 1992-ci ilin mayın 8-də Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirən parlamentin spikeri Yaqub Məmmədov və Ermənistan prezidenti Levon-Ter-Petrosyanı Tehrana çağırıb atəşkəs haqqında üçtərəfli müqaviləyə imza atmışdı. Hələ o vaxt bir çox ölkə Dağlıq Qarabağ problemilə əlaqədar vasitəçilik təklif edirdi. Hətta Vatikan belə vasitəçi olmaq üçün rəsmən tərəflərə müraciət etmişdi. Ancaq o dövr üçün İranın vasitəçiliyi daha çox Ermənistanı qane edirdi, Azərbaycanın təklif edəcəyi alternativ vasitəçi yox idi. Petrosyan hökuməti Türkiyənin vasitəçiliyini isə qəbul etmirdi.

Levon Ter Petrosyan

Rəfsəncani, Yaqub Məmmədov və Ter Petrosyan arasında atəşkəs haqqında müqavilə imzalandıqdan sonra məlum olur ki, ermənilər Şuşanı işğal edib.
İran prezidenti Haşimi Rəfsəncani dərhal bunu Petrosyana telefonda deyir-özüdə farsca danışırlar. Petrosyan da deyir ki, Şuşanı işğal edənlər onun nəzarəti xaricindədir, lakin vəziyyəti dəyişməyə(?) cəhd edəcək. Şəxsən mən Rəfsəncaninin nə qədər obyektiv vasitəçi olduğunu şərh edə bilmərəm. Lakin həqiqət budur ki, İranın ali rəhbəri, ölkənin faktiki hakimi Xamenei o zaman Azərbaycana zəruri dəstəyi vermədi. Əfşar Süleymani də birbaşa Xameneini hədəf almağa cürət etməz, ancaq peşəkar diplomat kimi ali rəhbərə sətiraltı toxunur. Ümid edirəm ki, rejim Əfşar Süleymaniyə təzyiq göstərməz.

Əfşar Süleymani

Ancaq şiə-şubiyə rejimi o qədər fanatizmə yuvarlanıb ki, ondan hər şey gözlənilir. Məşhəddəki dəftərxana və onun mütləqi-hakimi qərar verərkən rasionalizmə deyil, daha doqmatik ehkamlara müraciət edir.
Lakin əbəs yerə Azərbaycana xox gəlir, sağa-sola zəhər qusur. Getdi o dövr, şərtlər dəyişib, Dağlıq Qarabağ məsələsində yeni situasiya yaranıb. Rəsmi Tehran ya altılıq platformuna qoşulacaq, ya da özünü regional layihələrdən təcrid edəcək. Baxmayın İranın Azərbaycana xox gəlməsinə, Zəngəzur dəhlizinin açılmasını da quzu-quzu həzm edəcək. Əminəm ki, keçmiş səfir Süleymani də bu həqiqəti dərk edir.
Yenə də həqiqətləri söylədiyi üçün Əfşar Süleymaniyə təşəkkür edirəm.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!