Tramp: Biz hücum etməsəydik, İran edəcəkdi .....                        Dubaydakı ABŞ Konsolosluğuna PUA hücumu .....                        Türkiyə lideri regiondakı gərginliyi dəyərləndirdi .....                        İsrail Tehranda SEPAH komandirini öldürüb .....                        Tezliklə İranın yeni liderinin adı açıqlanacaq .....                        Sabunçuda qətl: Şübhəli saxlanıldı .....                        İsrail İranın gizli nüvə obyektinə hücum edib .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtları .....                        Ərəb ölkəsi İranla müharibəyə hazırlaşır - KİV .....                       
Tarix : 17-12-2015, 10:36
Paylaş: 0 Rəsmi Kreml, Qasım Süleymaninin Moskvaya səfərini təkzib edib


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 16-a jurnalistlərə açıqlamasında “Sepah”ın “Qüds” qanadının komandanı Qasım Süleymaninin Moskvaya səfəri və onun Vladimir Putinlə görüşməsi barədə yayılan məlumatları təkzib edib.
Dmitri Peskov, “İTAR-TASS” müxbirinin ona verdiyi “Süleymani və Putin həqiqətən bir-biri ilə görüşüb mü” sualını belə cavablandırıb: “Xeyir, bu düzgün məlumat deyil”.

İranın “Fars” agentliyi dekabrın 16-da özünün ingilisdilli bölməsində Qasım Süleymaninin Rusiyaya səfəri barədə məlumat yayıb. Məlumatda bildirilir ki, “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani ötən həftə üç günlüyə Moskvaya səfər edib və həmin müddətdə Rusiya prezidenti Vladimir Putinlə və Rusiyanın bir sıra hərbi komndanları ilə görüşüb. “Fars” agentliyinin yaydığı məlumatda hətta o da vurğulanır ki, baş tutan həmin görüşdə Putin, Qasım Süleymanini özünün “yoldaş”ı adlandırıb.

Qeyd edək ki, bir neçə ay əvvəl, Qasım Süleymaninin gizli şəkildə Moskvaya səfər etməsi və onun regiondakı durumla bağlı Rusiya rəsmiləri ilə danışıqlar aparması barədə məlumat yasyılsa da, hər iki ölkə bunu təkzib edib.



GunAz.tv


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!