Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 21-06-2021, 15:03
Fermerlərə 30 milyon manatdan artıq kredit verilib

İlin əvvəlindən bugünədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına fermerlərə 30 milyon manatdan artıq kredit verilib.

Butov.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, ayrılan kreditin 17 milyon manatdan çoxu güzəştli texnika krediti, 11 milyon manatı mikrokredit, 2 milyon manatı isə digər aşağı faizli kənd təsərrüfatı təyinatlı kreditlərdir. Bunlar arasında məbləğ baxımından texnika kreditləri üstünlük təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, hesabat dövründə fermerlərə 1195 mikrokredit, 685 güzəştli texnika krediti və 68 digər təyinatlı aşağı faizli kreditlər ödənilib. Ayrılan kredilərtdən 1948 fermer yararlanıb.

AKİA rəsmisi əlavə edib ki, Azərbaycan Respublikası Prezidentin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, kənd təsərrüfatı texnikasını əldə etmək istəyənlərin əvəzinə texnika dəyərinin 40%-i dövlət tərəfindən ödənilir. Yəni, texnika alışının maliyyələşməsinə 40% güzəşt (subsidiya) verilir. Alıcı ilkin ödəniş kimi texnika dəyərinin 20%-ni edir. Yerdə qalan 40% isə fermerə müvəkkil kredit təşkilatları vasitəsi ilə güzəştli kredit və ya lizinq formasında verilir. Cari il ərzində fermerlər kreditlə 2442 texnika və avadanlıq əldə ediblər. Bunlardan 16-sı kombayn, 504-ü traktor, 94-ü suvarma sistemi, 1828-i isə digər texnika və avadanlıqlardır.

Qeyd edək ki, heyvandarlığa da dövlət dəstəyi göstərilir. Belə ki, damazlıq heyvanın satış dəyərinin 60%-i dövlət hesabına ödənilir. Sahibkar ilkin ödəniş kimi 25%-i ödəməlidir. Damazlıq heyvanın dəyərinin qalan hissəsi isə kredit kimi rəsmiləşdirilir.

Xatırladaq ki, fermerlərə təklif olunan mikrokreditlər illik 12%-lə, 1 il güzəşt dövrü olmaqla 3 ilədək müddətə verilir. Bu zaman fermerlərdən hər hansı bir girov tələb olunmur. Mikrokreditlər üçün maksimal məbləğ 15 min manat təşkil edir.

Digər aşağı faizli kreditlər (damazlıq heyvan alışı və müxtəlif kənd təsərrüfatı təyinatlı) isə illik 7%-lə, 2 ilidək güzəşt dövrü və 5 ilədək müddətə verilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!