“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 8-06-2022, 11:21
Paytaxtda və regionlarda yerləşən market şəbəkələrində qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici çap materialları paylanılıb

Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Qida Təhlükəsizliyi Agentliyinin könüllüləri maarifləndirmə və təbliğat-təşviqat işləri aparıblar. Könüllü Qida Nəzarətçiləri Bakı şəhəri və regionlarda yerləşən market şəbəkələrində “5 addımda qida təhlükəsizliyi”, “Konservləşdirilmiş qidalar”, “Bakteriya mənşəli qida zəhərlənmələri”, “Qida məhsullarının etiket məlumatları” mövzularında çap materialları paylayıblar.

Butov.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Təhlükəsiz qida ilə sağlam gələcəyə” şüarını əks etdirən bröşürlərdə qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr, konservləşdirilmiş qidalar və s. məlumatlar əksini tapıb. Bu məlumatlara əsasən, düzgün istifadə olunmamış konservlərdə yaranmış bakteriyalar qida zəhərlənmələrinə səbəb ola bilər. Keyfiyyətsiz konservlərin istehlakı insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Konserv istehsalı zamanı hazırlanma texnologiyasına ciddi riayət olunmalıdır.

Bundan başqa, broşürlərdə məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar diqqətə çatdırılır. İstənilən qida məhsulunun etiketində adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal tarixi, son istifadə tarixi, saxlanılma şərtləri, istehsalçının adı və ünvanı, istifadəçiyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri əksini tapmalıdır. Qida məhsullarını seçərkən etiket məlumatlarını oxumaq və üzərindəki işarələrə diqqət yetirmək vacibdir. Bu, istehlakçının məlumatlı olması ilə yanaşı, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin öz işinə daha məsuliyyətlə yanaşmasına səbəb olur.




Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!