Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 15-11-2019, 09:31
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərin nəticələrinə uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri və regionlarda maarifləndirici təlimlərə başlayıb.
Butov.az-a verilən məlumata görə, Respublika üzrə 1643 məktəbəqədər təhsil müəssisəsində keçiriləcək təlimin məqsədi qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, monitorinqlər zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması, məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarına qida təhlükəsizliyi sahəsində mövcud yeniliklərin aşılanması və onların bu sahədə bilik və bacarıqlarının artırılmasıdır.
Cari ilin sonunadək davam edəcək təlimlərdə sanitar-gigiyenik normalar, tullantılara nəzarət, məhsulların qəbulu və saxlanması qaydaları, mal qonşuluğu prinsipi, baş verəcək təhlükələrdən sığortalanmaq üçün proflaktik tədbirlərin təşkili və ona nəzarət mexanizminin yaradılması, məktəbəqədər təhsil müəssisələrində qidaların enerji dəyərinin yaş qrupuna görə müəyyənləşdirilməsi və s. mövzular üzrə geniş məlumatlar veriləcək, təqdimatlar olacaq.
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!