Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
Tarix : 30-12-2016, 16:06
“Kənd təsərrüfatında kiçik biznesin inkişafı” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı layihəsi həyata keçirilib. Bu layihənin məqsədi kənd təsərrüfatı sahəsində yerli istehsalçılarda rəqabət qabiliyyətinin artırılmasına təşəbbüs göstərməklə yerli bazarda yerli məhsullara olan tələbatı və həmçinin gənclərin kənd təsərrüfatı sahəsinə marağını artırmaqdır. Layihə İsmayıllı, Beyləqan, Xızı rayonlarını əhatə edir. Həmin regionlar üzrə aparılmış işlərin son nəticəsi olaraq 29 -30 Dekabr 2016 –cı il tarixdə “Kənd təsərrüfatında kiçik bizneslərin inkişafı” sərgi yarmarkası təşkil olunub. Nəzərinizə çatdıraq ki, sərgi yarmarka “Kəndimiz” kənd təsərrüfatı məhsularının satış bazarında keçirilib. “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı sərgi yarmarkada Beyləqan, Xızı, İsmayıllı rayonlarının kiçik biznes ilə məşğul olan fermerləri öz məhsullarının sərgi və satışını həyata keçiriblər. Qeyd edək ki, bu sərgi yarmarkada ağartı və süd məhsulları, balçılıq, bağçılıq və bostançılıq, quşçuluq və maldarlıq sahələri üzrə məhsullar təqdim olunub. “Gənclər Azad Sahibkarlıq Fəaliyyəti” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı sərgi yarmarkada Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, SinerjiPro və CDB Bank şirkətlərinin nümayəndələri iştrak ediblər.
“Kənd təsərrüfatında kiçik biznesin inkişafı” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” layihəsi üzrə Xızı, İsmayıllı, Beyləqan rayonlarında fermerlərlə görüşlər keçirilib. Həmin görüşlərdə fermerlərin təsərrüfatları ilə tanışlıq zamanı fermerlərlə sorğular və cari vəziyyətlə bağlı fikir mülahizələri aparılıb. Eyni zamanda layihə çərçivəsində yerli istehsal məhsullarının satışı zamanı qarşılaşdığı problemlərə toxunulub. Kənd təsərrüfatında kiçik bizneslə məşğul olan fermerlərə marketinq fəaliyyəti, məhsulların rəqabət qabiliyyətinin artırılmasına dair məlumatlar verilib. Görüşlərdə yerli istehsal məhsullarının rəqabət qabiliyyətinin artırılması üçün yaxşı qablaşdırılmanın vacib şərt olduğu vurğulanıb. Fermerlərə yeyinti məhsulları haqqında Azərbaycan respublikasının qanunu, qablaşdırma standartları barəsində məlumatlar verilib. Aparılmış sorğular nəticəsində məlum olub ki, 3 region üzrə fermerlərin əksər hissəsi birgə təsərrüfatların yaradılmasının tərəfdarıdırlar. Cüzi bir hissə isə bu təsərrüfatların necə aparıla biləcəyinə dair tam bir fikrə sahib olmadıqlarını bildiriblər. Fermerlərin qarşılaşdığı digər bir problem isə onların istehsal etdikləri məhsulların satışı ilə bağlıdır. Sorğuların digər nəticəsi isə fermerlərin təklifləri ilə bağlı olub. Təkliflərdən belə qərara gəlinmişdir ki, 3 region üzrə fermerlər öz məhsullarını təhvil vermələri üçün tədarük ambarlarının yaradılmasını istəyirlər. Buna səbəb məhsullarının həmin ambarlar tərəfindən tam alınması və bazarlara paylanılmasıdır. Bununla fermerlər hal-hazırda arada vasitəçi rolunu oynayan alverçilərin məhsulların qiymətlərini süni şişirtmələrinin qarşısını almaq və daha çox məhsul satışını realizə etmək istədiklərini bildirirlər. Heyvandarlıq məhsullarının tədarükü üçün rayon ərazilərində emal müəssisələrinin yaradılması fikrini də irəli sürdülər. Fermerlər bununla yanaşı kadr çatışmamazlığı, torpaqların düzgün istifadə edilməməsi ilə bağlı öz fikirlərini bildirdilər. Dənli və bostan bitkilərinin əkininin regionlar üzrə planlı şəkildə aparılmasının daha məqsədəuyğun və eyni zamanda həm ölkə iqtisadiyyatı, həmçinin fermerlər üçün daha səmərəli olacağını bildirdilər. Kənd təsərrüfatının bütün istiqamətlər üzrə inkişafı üçün hər sahə üzrə fermerlərlə elmi mütəxəssislərin görüşlərinin təşkil edilməsini də istədiklərini əlavə etdilər. “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” layihəsi ümumilikdə özündə 150 nəfər fermer və gəncləri əhatə etmişdir.

Vüqar Hacıyev


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!