Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi .....                        Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur .....                        Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı .....                        Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                        Sumqayıtda yataqxanada yanğın .....                        Maliyyə Nazirliyi ilə bağlı yeni qərar .....                        Bu müsəlman ölkəsində ölü sayı 604-ə çatdı .....                        31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi .....                        Putin şərtlər daxilində müharibəni dayandırmağa hazırdır .....                       
Tarix : 16-12-2016, 18:23
Xüsusi ət kəsimi və satışı mərkəzləri yaradılır

Növbəti il aqropark və biznes inkubatorları üçün idarəetmə strukturunun formalaşdırılması, 2018-ci ilin sonuna kimi yeni aqroparkın və biznes inkubatorunun yaradılması və fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlərin yekunlaşdırılması nəzərdə tutulur.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” öz əksini tapıb. Qeyd olunub ki, 2020-ci ilə kimi Azərbaycanda bir aqroparkın real ÜDM-ə birbaşa təsirinin 135 milyon manat, dolayı təsirinin isə 220 milyon manat olmaqla, ümumilikdə 355 milyon manat olacağı proqnozlaşdırılır.

Aqroparkın 2018-ci ilə kimi fəaliyyətə başlaması əsas indikator hesab edilir. Bu müəssisələrdə 7725 nəfər üçün birbaşa və dolayı məşğulluq imkanının yaranacağı proqnozlaşdırılır. Eyni zamanda, 2020-ci ilə kimi hər region üzrə uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur. Bu prioritetin həyata keçirilməsi üçün 350 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır.

Bundan başqa Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində müvafiq tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılmasına başlanılıb. Sənədə görə, artıq Bakı şəhərinin ərazisində bu cür 3 satış mərkəzinin təşkili üçün yerlər müəyyən olunub, onların tikilməsi üçün müvafiq layihələndirmə işləri aparılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!