"Fənərbağça" doğma meydanında xal itirdi .....                        "Zirə" qələbə qazandı .....                        Salyanda faciə: Qırılan tros sürücünün ölümünə səbəb oldu .....                        Türk diplomat İrəvanda - Nələr müzakirə edildi... .....                        Putin atəşkəsi uzatmayacaq .....                        Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ .....                        Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? .....                        Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü .....                        ABŞ ilə danışıqlar səmərəli ola bilər - İran rəsmisi .....                       
9-03-2022, 14:29
4-03-2022, 15:31
Komitə sədri Siyəzən və Şabran rayonlarında şəhid ailələri ilə görüşüb.


Milli Məclisin komitə sədri Sadiq Qurbanov Siyəzən və Şabran rayonlarında şəhid ailələri ilə görüşüb.

Müvəkkil Hüquq Mərkəzi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində Siyəzən-Şabran rayonunda hüquqi maarifləndirici tədbir keçirib. Siyəzən Mədəniyyət Mərkəzində keçirilən tədbirdə salamlama nitqi ilə çıxış edən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına yönəlik siyasətinin əsas qayəsini şəhid adlarının əbədiləşdirilməsi, qazilərimizin sağlamlığının təmin edilməsi, bu həssas qrupa aid olan şəxslərin sosial rifahının yaxşılaşdırılması təşkil edir: “Vətəndaş cəmiyyəti institutlarının bu sosial qruplara yönəlik layihələrini alqışlayıram. Hesab edirəm ki bu layihələr davamlı olmalı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu sahəni daimi diqqətdə saxlamalıdır”.
Tədbirdən sonra millət vəkilli Sadiq Qurbanov hər bir şəhid ailəsi ilə fərdi söhbətlər aparıb onların problemləri ilə maraqlanıb. Tədbir iştirakçıları millət vəkilinə öz təşəkürlərini çatdırıblar.
Həmin günü komitə sədri Sadiq Qurbanov Şabran Rayon Heydər Əliyev Mərkəzində eyni məzmunda keçirilən tədbirə qatılıb.tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Mehdi Balabəyov, Heydər Əliyev Mərkəzinin rəhbəri Təvəkül Əliyev də iştirak ediblər.

Tədbirdə şəhdi adlarının əbədiləşdirilməsi ilə bağlı geniş müzakirə keçirilib, təkliflər səsləndirilib. Şabran rayon ərazisində salınacaq Zəfər müharibəsinə və şəhidlərimizə həsr edilmiş “Dəmir yumruq” parkının eskiz layihəsi təqdim edilmişdir. Millət vəkili Sadiq Qurbanov yeni salınacaq parkın yaşıllıqla təmin olunmasına yardım edəcəyini bildirib.
Publisist Hacı Malik Xəlil Ağagül oğlu Şabran şəhidlərinə həsr olunmuş "Qısa ömrün uzun illəri" adlı kitabı millət vəkili Sadiq Qurbanova təqdim edilib. Tədbir İştirakçıları komitə sədri Sadiq Qurbanova öz təşəkürlərini bildiriblər.
Qeyd edək ki, Siyəzən və Şabran rayonlarındakı tədbir çəçivəsində əlli nəfərdən artıq şəhid ailəsi fərdi qaydada dinlənilərək olnların problemləri ilə maraqlanılıb.


























����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!