7-09-2017, 10:32
Prezident İlham Əliyev sentyabrın 7-də paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Butov.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
5-09-2017, 17:01
Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyində riyaziyyat, fizika, informatika, kimya və biologiya fənləri üzrə olimpiada məşğələlərinə başlanılıb. Məşğələlər sentyabrın 11-dək davam edəcək.
5-09-2017, 12:17
Sentyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
1-09-2017, 11:54
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edib.
[center]
1-09-2017, 11:18
2017/2018-ci tədris ilində Azərbaycanda 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlanıb.
31-08-2017, 11:33
Butov.az xəbər verir ki, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
30-08-2017, 14:55
Təhsil Nazirliyindən verilən məlumata görə, əlavə ixtisas seçimində iştirak üçün "ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür. Sentyabrın 7-dək davam edəcək bu prosesə birinci mərhələdə iştirak edənlərlə yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən digər şəxslər də qatıla bilər.
29-08-2017, 11:18
Butov.az xəbər verir ki, 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.
29-08-2017, 11:13
Butov.az xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
25-08-2017, 12:09
Butov.az xəbər verir ki, avqustun 21-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb.