“Dostluq” kəmərinə yeni ZƏRBƏLƏR .....                        Qüdsdə Netanyahuya qarşı ETİRAZLAR .....                        Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı .....                        Britaniya hərbçiləri “görünməz" olacaq .....                        Türkiyədə 4,9 bal gücündə zəlzələ .....                        Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü təsdiqləndi .....                        Qarabağ Universitetində toy çalındı .....                        Makron Fransanı idarəolunmaz vəziyyətə salıb .....                        DİM bu gün əlavə imtahanlar keçirib - YENİLƏNİB .....                       
2-02-2025, 16:50
Poltavada raket zərbəsi - Ölənlərin sayı 14-ə çatıb


Poltavada raket zərbəsi - Ölənlərin sayı 14-ə çatıb

Fevralın 1-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Poltava şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Bu barədə “RBK-Ukraina” Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti və vilayət hərbi administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, qismən dağılmış beşmərtəbəli binanın dağıntıları altından daha bir neçə meyit çıxarılıb. Ölənlər arasında iki uşaq var.
Bundan başqa, qurumun məlumatına görə, raket hücumu nəticəsində 17 nəfər, o cümlədən dörd uşaq xəsarət alıb. FVDX əməkdaşları 22 nəfəri xilas ediblər. Raket zərbəsi yerində axtarış işləri davam edir.
Əvvəllər yeddi nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, fevralın 1-də Rusiya qüvvələri Ukraynaya 123 dron və 42 müxtəlif növ raket buraxmaqla kombinə edilmiş zərbə endirib. Poltavada raket beşmərtəbəli binaya düşüb, nəticədə bütöv bir giriş dağılıb.
2-02-2025, 16:15
Egey dənizində ardıcıl zəlzələlər


Egey dənizində ardıcıl zəlzələlər

Egey dənizində Türkiyə vaxtı ilə saat 11:37-də 3,6, saat 12:14-də 3,6, 12:26-da isə 3,5 bal gücündə zəlzələlər baş verib.
Yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
2-02-2025, 15:30
NATO Baş katibindən çağırış - Müharibəyə hazırlaşın!
[hide][/hide]

NATO Baş katibindən çağırış - Müharibəyə hazırlaşın!

NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.
O, bu barədə "Bild" qəzetinə müsahibəsində deyib.
M.Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq.
"Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur", - Rutte deyib.
Bir müddət əvvəl amerikalı aparıcı Taker Karlson NATO-nun aktuallığını itirdiyini bildirmişdi.
2-02-2025, 15:09
Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatdı


Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatdı

Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatıb.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, çadır və yorğanlardan ibarət humanitar yardımı daşıyan yük maşınları Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya çatıb.
“Dövlətimizin gücü və millətimizin dəstəyi ilə Fələstinin yanındayıq”, – paylaşımda bildirilib.
2-02-2025, 14:33
Türkiyə Ordusundan Suriyada yeni əməliyyat - 23 terrorçu öldürüldü


Türkiyə Ordusundan Suriyada yeni əməliyyat - 23 terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 23 üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
2-02-2025, 13:09
Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapıldı


Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapıldı

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.
Tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.
Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.
Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilirdi.
2-02-2025, 12:51
Azərbaycan və Qazaxıstan baş konsulları San-Fransiskoda görüşdülər


Azərbaycan və Qazaxıstan baş konsulları San-Fransiskoda görüşdülər

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qazaxıstanlı həmkarı Nazirə Nurbayeva ilə görüşüb.
Bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.
“Qazaxıstanın San-Fransiskodakı baş konsulu xanım Nazirə Nurbayevaya səmimi qəbul və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan və Qazaxıstan arasındakı güclü dostluq və tərəfdaşlıqdan ilhamlanan konstruktiv müzakirə aparmaqdan məmnunam”, – baş konsul qeyd edib.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər.
2-02-2025, 12:35
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.
Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
2-02-2025, 12:22
Birinci xanımdan Azərbaycan gənclərinə təbrik


Birinci xanımdan Azərbaycan gənclərinə təbrik

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir:
"Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!"
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.
2-02-2025, 12:16
Ticarət müharibəsi başladı


Ticarət müharibəsi başladı

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılmasına barədə gözlənilən sərəncamı imzaladı. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq.
Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Beləliklə, Tramp hələ noyabr ayında bu 3 ölkəyə qarşı yüksək rüsum tətbiq edəcəyi xəbərdarlığını reallaşdırdı. Tramp bu qərarını həm də qanunsuz miqrasiya ilə mübarizə və qonşu ölkələrdən fentanil narkotik maddənin ABŞ-yə daxil olmasının qarşısının alınmasıyla izah edib. Sadəcə, bu iki məsələnin digər məhsullara yüksək rüsumların tətbiqi ilə nə əlaqəsinin olduğunu Ağ Evdə izah edən olmayıb.
Ağ Evin hədələrinə baxmayaraq, yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çin cavab tədbirləri planlaşdırırlar. “Bloomberg” agenliyinin xəbərinə görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Bu barədə Kanadanın xarici işlər naziri Melani Joli amerikalı həmkarı Marko Rubionu telefonla söhbətində əvvəlcədən xəbərdar etmişdi. Meskikanın iqtisadiyyat naziri Marselo Ebrarda isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-nin “General Motors” və “Ford Motor” şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.
Çin də cavabını gecikdirməyib. Çinin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, Vaşinqtonla Pekin arasında başlanan ticarət müharibəsində qalibin olmayacağını bildirib. “ABŞ bazar iqtisadiyyatının prinsiplərinə hörmət etməlidir” deyilən bəyanatda iki dövlət arasında iqtisadi və ticarət əməkdaşlığına əngəllər yaradılmasının mənfi nəticələri barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, Çinin ABŞ-yə qarşı kəskin addımlar atmayacağını söyləyənlər də var. Pekin Donald Trampın tarifləri artıracağını gözləyirdi. Bütün hallarda ABŞ-Çin münasibətlərində stuktur problemlər mövcuddur və bunlar danışıqlar predmetidir.
Bu arada, ABŞ Konqresində Trampın iki dövlət vəzifəsinə irəli sürdüyü namizədlərin dinləmələri keçirilib. Ağ Ev sahibi Milli Kəşfiyyat Xidmətinə Talsi Qabbardı, Federal Təhqiqat Bürosunun rəhbərliyinə isə Keş Patelin namizədliyini irəli sürüb. Dinləmələr 3 saatdan çox çəkib. Konqresmenlərin hər iki namizədə mürəkkəb sualları olub. Talsi Qabbardın Rusiya-Ukrayna müharibəsinə baxışı tənqid olunub. Talsi Qabbardın Rusiya Prezidenti Vladimir Putin və Suriyanın keçmiş diktatoru Bəşər Əsədlə təmasları barədə suallar səslənib. Talsi Qabbardın 2017-ci ildə Bəşər Əsədlə görüşü tənqid olunub. Talsi Qabbarda “TikTok”un ABŞ üçün mümkün təhlükələri barədə suallar verilib. Talsi Qabbard və Keş Patel dinləmələr zamanı Çinin ABŞ ərazisində kəfşiyyat fəallığının və texnoloji oğurluqlarının qarşısını alacaqlarını bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!