Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                        İnsansız Sistem Qoşunlarının heyəti hərbi paradda .....                        Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid etdi .....                        Ərdoğan paradda Məmməd Arazın şeirini səsləndirdi .....                        Qarabağın azad edilməsi Türk dünyası üçün də böyük qürur mənbəyidir - Ərdoğan .....                        Bu gün burada böyük vətənpərvərlik eşqi ilə güclü Azərbaycan xalqını görürəm .....                        İndi təcridxanada Azərbaycan çayı içirlər - İlham Əliyev .....                        Zəfərimiz mübarək olsun - Ərdoğan .....                       
Tarix : 3-09-2025, 16:24
Pezeşkian İranı Türk Dövlətləri Təşkilatına gətirir


Pezeşkian İranı Türk Dövlətləri Təşkilatına gətirir

Son aylarda Azərbaycan-İran münasibətlərində diqqətçəkən istiləşmə müşahidə olunur. Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaranmış səmimi münasibət həm siyasi dairələrdə, həm də ictimai müzakirələrdə geniş rezonans doğurub.
Xüsusilə, Pezeşkianın aprelin 28-də Bakıya səfəri, iyulda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində iştirakı və bir neçə gün əvvəl Şanxay Əməkdaşlıq Təşkilatın çərçivəsində iki liderin Azərbaycanca söhbəti bu münasibətlərin təzahürü kimi qiymətləndirilir. İlham Əliyevin “Prezident Pezeşkian öz vətənindədir” sözləri isə prosesin rəmzi ifadəsinə çevrilib.
İranda Azərbaycan əsilli olan və daha mötədil siyasəti ilə tanınan Pezeşkianın hakimiyyətə gəlişi münasibətlərə yeni nəfəs gətirib. Onun Türkiyə və Azərbaycanla əməkdaşlığa açıq mövqeyi, dini-ideoloji dairələrin sərt kursundan fərqli xətti bölgədə yeni imkanların yaranmasına yol açır.
Bütün bu amillər fonunda İranın Türk Dövlətləri Təşkilatına (TDT) yaxınlaşması, hətta gələcəkdə üzvlük ehtimalı barədə müzakirələr güclənib. Analitiklər hesab edirlər ki, bu addım regionda geosiyasi balansı dəyişdirə, nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığı daha da genişləndirə bilər. İranın təşkilata tamhüquqlu üzv qəbul olunması hələlik gündəmdə olmasa da, son addımlar onun müşahidəçi üzvlüyü üçün mühüm zəmin yaradır.
Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli deyir ki, İlham Əliyevlə Pezeşkian arasındakı səmimiyyət hər kəsə məlumdur və bu, İranda bəzi dairələri ciddi narahat edir:
“İranda bəzi dairələr bundan çox narazıdırlar. Həyacan içərisindədirlər ki, bunun axırı necə olacaq? Baxın, möcüzə baş verir e. Həm Nikol Paşinyan, həm də Məsud Pezeşkian barədə deyirlər ki, onlar türk siyasəti yeridir. Çünki Türk geopolitikasının işlədiyi dönəm başlayıb. Biz ən pis dönəmimizi yaşadıq. Suverenlik, müstəqillik kimi məsələlərdə 19-cu əsrdən bu yana davam edən tənəzzül dövrü bitib. Artıq 1991-ci ildən inkişaf dövrü başlayıb. Bir çox qruplar də bundan çox narahatdır”.
Sabiq diplomat İranın TDT-yə üzvlüyünü mümkün hesab etsə də, bunu təhlükəli perspektiv kimi dəyərləndirib: “Nəzəri baxımdan mümkündür, amma qurucu üzvlər buna razı olmaz. Çünki İran daxil olsa, təşkilatı dağıtmağa çalışacaq”.
Beləliklə, Azərbaycan-İran münasibətlərində müşahidə edilən yaxınlaşma yeni imkanlar açır. İranın Türk Dövlətləri Təşkilatına ən azından müşahidəçi qismindən qoşulması məsələsi müzakirə edilir. Təşkilatın böyüməsi və nüfuzunun artması ilə bu ehtimal istisna edilmir.
Regionun gələcək geosiyasi mənzərəsi isə həm İranın mötədil kursunu davam etdirib-etdirməyindən, həm də türk dövlətlərinin bu istiqamətdə atacağı qərarlardan asılı olacaq.


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!