Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB
Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub.
Artıq Xınalıq kəndinin rayon mərkəzi ilə gediş-gəlişi təmin edilib.
Sel sularının yolda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.
***
11:26
Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.
Yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.
Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.