Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                       
29-08-2025, 20:46
Bakıda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTO


Bakıda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTO

Avqustun 29-da Türkiyənin Azərbaycandakı səfirliyi ölkəsinin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi Zəfər qazandığını qeyd edərək ölkəsinin 103 il bundan əvvəl başlatdığı mübarizənin uğurla başa çatdığını vurğulayıb.
O bildirib ki, həm avqustun 30-u, həm də noyabrın 8-i müstəqilliyimiz uğrunda mübarizənin şərəfli qələbələrlə taclandığı günlərdir: “Biz Azərbaycan və Ermənistan arasında sülhün əsas götürülməsinə yönəlmiş son nailiyyətləri alqışlayırıq. Cənubi Qafqazda sülh və firavanlıq üçün tarixi fürsət yaranıb”.
Birol Akgün qeyd edib ki, Türkiyə Azərbaycanın bu istiqamətdə atdığı bütün səyləri dəstəkləyəcək. O bildirib ki, ölkəsi sülh və sabitlik naminə təşəbbüskar mövqelərini qoruyaraq səylərini davam etdirir.
Səfir Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmalarını yüksək qiymətləndirərək alqışladıqlarını vurğulayıb. Əlavə edib ki, Vətən müharibəsinin Ali Baş Komandanı, qəhrəman Azərbaycan Ordusunun hər bir əsgəri və bu böyük Qələbənin qazanılmasında payı olan xalqımızın igid övladları daim hörmət və ehtiramla yad edilməlidir.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, Türkiyənin Qurtuluş savaşında qazandığı Zəfər qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biridir.
Baş qərargah rəisi diqqətə çatdırıb ki, hazırda Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. “Əlaqələrimizin bu səviyyəyə çatmasında Azərbaycanın və Türkiyənin prezidentlərinin müstəsna rolu var. Ölkələrimiz arasında olan tarixi, dini, iqtisadi, mədəni və digər əlaqələr hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar açır”, - deyə general-polkovnik vurğulayıb.
“Türkiyənin Quru Qoşunları komandanı, Ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Bu proses bu gün də davam etdirilir. Cari il ərzində ümumilikdə 30-dək hərbi təlim keçiriləcək. Eyni zamanda, 70-dən artıq konfrans, kurs, məşq və seminar təşkil olunub. İlin sonunadək bu tədbirlərin sayının artırılması və miqyasının genişləndirilməsi nəzərdə tutulur", - deyə K.Vəliyev əlavə edib.
Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.







29-08-2025, 19:27
Bakıda bu yol bağlandı


Bakıda bu yol bağlandı

Bu gün saat 19:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində Masazır-Novxanı və Saray-Novxanı avtomobil yollarının kəsişməsində (Masazır gölünün yanı) aparılan tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
“Hərəkətin məhdudlaşdırılması tikinti işləri yekunlaşanadək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.
29-08-2025, 19:17
Ağ Evdə Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha təsdiqləndi


Ağ Evdə Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha təsdiqləndi

Zəngəzur dəhlizi Azərbaycan üçün son dərəcə vacibdir.
Bu fikri AzərTac-a ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, amerikalı ekspert Riçard Hoqland deyib.
O vurğulayıb ki, bu dəhliz Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində onun əsas hissəsini Naxçıvanla birləşdirir:
“Naxçıvana getmək üçün Ermənistanın cənubundan keçmək lazımdır. Hazırda İrəvanla Bakı arasında gedən danışıqlar bu məsələ üzərində qurulub. Bu yaxınlarda Vaşinqtonda, Ağ Evdə sülh istiqamətində atılan yeni addımlar zamanı Zəngəzur dəhlizinin əhəmiyyəti bir daha təsdiqləndi və həmin dəhliz TRIPP adlandırıldı. Bu, o deməkdir ki, Birləşmiş Ştatlar Zəngəzur dəhlizinin reallaşmasında iştirak edəcək, bu prosesdən iqtisadi fayda əldə etməklə yanaşı, bölgədə sülhün möhkəmlənməsinə də töhfə verməyi nəzərdən keçirəcək”, - deyə keçmiş həmsədr Hoqland bildirib.
29-08-2025, 18:43
Qazaxda açıq ərazidə yanğın - VİDEO


Qazaxda açıq ərazidə yanğın - VİDEO

Qazax şəhərində açıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə şəhərin Nəriman Nərimanov qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 2ha sahədə əsasən kol-kos və quru ot yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.

29-08-2025, 18:20
Silah və şəxsi heyəti Ermənistan təmin edirdi - Sahakyan


Silah və şəxsi heyəti Ermənistan təmin edirdi - Sahakyan

Avqustun 29-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.
Təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nda “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayında atəşkəs elan olunan dövrədək aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təminatında iştirak edib.
Bako Sahakyan 2015-2020-ci illərdə Şuşa şəhərində olan “S-300” raket kompleksini Ermənistanın Müdafiə Nazirliyinin göndərdiyini deyib.
Onun ifadəsində göstərilib ki, ümumiyyətlə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən əvvəlki və sonrakı dövrlərdə silah-sursat, hərbi texnika və şəxsi heyət təminatı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkənin dövlət büdcəsi hesabına təmin olunub.
Bako Sahakyan ifadəsində bildirib ki, Ermənistan Müdafiə Nazirliyi qondarma rejimin "müdafiə nazirliyi”ni silah-sursat və digər hərbi təminatla təchiz edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
29-08-2025, 18:11
MİQ-də müsahibə mərhələsinin cavabları AÇIQLANDI


MİQ-də müsahibə mərhələsinin cavabları AÇIQLANDI

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Avqustun 20-dən 26-dək keçirılmiş müsahibələrin cavabları artıq namizədlərin şəxsi kabinetinə göndərilib.
Qeyd edək ki, MİQ-in müsahibə mərhələsinə ümumilikdə 3957 namizəd dəvət olunmuşdu.
29-08-2025, 17:46
Zaxarova Paşinyanın iddiasına cavab verdi



Zaxarova Paşinyanın iddiasına cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Paşinyanın “9 noyabr 9 noyabrda qaldı” sözlərini şərh edib.
Zaxarovanın sözlərinə görə, Paşinyanın dediyinin əksinə olaraq 2020-2022-ci illərin üçtərəfli razılaşmaları qüvvədə qalır.
“Onun danışdığı üsluba deyil, faktlara münasibət bildirək. Faktlar indiki sənədlərdir. Mən eşitməmişəm ki, kimsə onlardan imtina edib, ya da rədd edib", - Zaxarova vurğulayıb.
O, misal olaraq deyib ki, indi hamı 1990-cı illərin sənədlərinə istinad edir. “Onlar da keçmişdəndir, amma hamı onlara istinad edir”.
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ötən gün brifinqdə bu məsələyə toxunan Baş nazir deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”.
29-08-2025, 17:33
Tramp Harrisin dövlət mühafizəsini ləğv etdi


Tramp Harrisin dövlət mühafizəsini ləğv etdi

ABŞ prezidenti Donald Tramp sabiq vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Harrisin dövlət mühafizəsini ləğv edib. Bunla da Kamala Harris hökumətin himayəsindən məhrum olub.
ABŞ Daxili Təhlükəsizlik Departamentinə tabe olan Məxfi Xidmət ABŞ-ın yüksək rütbəli məmurlarının təhlükəsizliyinin təmin edilməsinə cavabdehdir. Xidmətin vəzifələrinə prezidenti və vitse-prezidenti, keçmiş dövlət başçılarını, onların ailə üzvlərini və digər yüksək vəzifəli məmurları qorumaq daxildir.
Federal qanuna görə, keçmiş prezidentlərin ömürlük Məxfi Xidmət tərəfindən müdafiə olunmaq hüququ var, keçmiş vitse-prezidentlərin isə istefadan sonra cəmi altı ay vaxtı var. K.Harris üçün bu müddət iyulun 21-də başa çatıb, lakin Trampın sələfi ABŞ prezidenti Co Baydenin imzaladığı direktivlə onun müdafiəsi daha bir il uzadılıb. CNN-in məlumatına görə, Tramp məhz bu sərəncamı ləğv edib.
Beləliklə, 2025-ci il sentyabrın 1-dən keçmiş vitse-prezident Kamala Harris dövlət mühafizəsilə təmin olunmayacaq.
29-08-2025, 16:48
Üçtərəfli razılaşmaları aktual olaraq qalır - Rusiya XİN


Üçtərəfli razılaşmaları aktual olaraq qalır - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli bəyanat barədə dediklərinə münasibət bildirib.
Zaxarova bugünkü brifinqdə Paşinyanın bəyanatını “nitq fiquru” adlandırıb.
Zaxarova qeyd edib ki, 2020-2022-ci illərin üçtərəfli razılaşmaları aktual olaraq qalır, tərəflərdən heç biri onlardan çıxmayıb, bu barədə sənədlər də mövcud deyil.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının qüvvədən düşdüyünü bildirib. Ötən gün brifinqdə bu məsələyə toxunan Ermənistan lideri deyib ki, “noyabrın 9-na qayıtmağa ehtiyac yoxdur”.
“9 noyabr 9 noyabrda qaldı”, - Paşinyan əlavə edib.
29-08-2025, 16:39
Valideynləri tərəfindən döyülən körpə süni nəfəs aparatına qoşuldu


Valideynləri tərəfindən döyülən körpə süni nəfəs aparatına qoşuldu

Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan 2023-cü il təvəllüdlü azyaşlının (kişi cinsli) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilən pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda süni tənəffüs dəstəyi alan azyaşlının vəziyyəti ağırdır.
Qeyd edilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılan 2024-cü il təvəllüdlü digər azyaşlı aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, 2023-cü il təvəllüdlü azyaşlı 27 avqust tarixində saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
Qeyd edək ki, bir neçə gün öncə Ağdamın Xındırıstan kəndində valideynləri tərəfindən döyülərək xəsarət alan iki azyaşlı uşaq (2 və 3 yaş) xəstəxanaya yerləşdirilmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!