Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 1-06-2016, 14:04
Binali Yıldırım Almaniyadakı səsvermə təşəbbüsünü cəfəngiyyat adlandırıb


"Biz Türkiyənin ittiham etməyə cəhd edənlərin xoş niyyətli olmadıqlarını bilirik".

Türkiyə KİV yazır ki, bunu ölkənin baş naziri Binali Yıdırım iyunun 2-də Almaniya parlamentində keçiriləcək 1915-ci ildə Osmanlı imperiyasında ermənilərlə bağlı baş verən hadisələrə dair qanun layihəsinin müzakirəsinə münasibət bildirərkən deyib.

Baş nazir qeyd edib ki, bu səsvermə cəfəngiyyat və əsassızdır: "Bu hadisələr Birinci Dünya müharibəsi illərində baş verib.

Bütün dünyaya açıq və aydın şəkildə bəyan edirik ki, bizim bu məsələ ilə bağlı gizlədəcəyimiz heç nə yoxdur. Qoy, hərtərəfli araşdırma aparılsın, tərəflərin səhvləri aşkarlansın. Məsələyə tarixçilər qiymət verməlidir. Tarixi mövzunu, o cümlədən daxili məsələni siyasətin aləti etmək kökündən səhvdir".

B.Yıldırım xəbərdarlıq edib ki, bu sənədin qəbul edilməsi Almaniya Türkiyə münasibətlərinə xələl gətirəcək: "Biz bunu istəməsək də, belə vəziyyətin yaranacağı şübhəsizdir. Səsvermə zamanı parlament üzvlərinin Almaniyanın 3,5 milyonluq etnik türk vətəndaşını nəzərə alacağına ümid edirəm".

Baş nazir bildirib ki, başqa dövlətlərdə də belə bir qanunlar qəbul edilməsinə baxmayaraq onların Türkiyə üçün heç bir hüquqi gücü yoxdur: "Biz belə əsassız qərarın qəbul edilməsi tərəfdarı da deyilik".


Virtualaz.org


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!