İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 30-07-2017, 12:37

"DAN YERİ ..."


Həzin səhər küləyi əsir. Ağuşuna sığındığım salxım söyüdlər tək sənin adını pıçıldadı mənə. Tək SƏNİN ADINI! Söyüdlərlə əhatələnmiş nohurun füsunkar mənzərəsini içimə çəkə - çəkə yenə kağız qələmlə bölüşürəm ürəyimin döyüntüsün. Masmavi səma da bu gün başqadır. DAN YERİNİN qətrə - qətrə necə söküldüyünü izləyirəm . Hər yan yenicə doğan günəşin al şəfəqlərinə bürünüb . Ruhuma damla - damla süzülən AZAN səsinin hüzuru təbiətin bu əvəzolunmaz gözəlliyini daha da ülviləşdirir. Xəyallar dumanı sarıb dördyanım. Şirin arzular gözlərimin nurunda dil açaraq, qəlbimi sətirlərə köçürə - köçürə mənimlə həmsöhbət olub. Dərin sükut içində qələmim ağ kağızlarla danışır. Səhərin həzin nəğməsindən süzülən ümid dolu ahəng bəyaz vərəqlərin köksündə karvan tək yola çıxan könül
duyğularımın yoluna , sanki bir işıq tutur...
"Bir yol gedirik səssiz - səmirsiz. Bir yol gedirik dünəni bəlli, SABAHLARI bir tapmaca. Anbaan addımlarımızla qısaltdığımız bu yol, TALE YOLLARIDIR ... "


YAQUT HÜSEYNOVA


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!