İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 9-03-2015, 20:22
“Borçalı”Cəmiyyəti İdarə heyətinin müşavirəsi keçirilib

Borçalı”Cəmiyyəti İdarə heyətinin genişləndirilmiş müşavirəsi keçirilib.
- Gürcüstan tərəfin yanlışlığını ehtiva edən Bəyanat qəbul olunub.

- Fəaliyyət proqramı təsdiq olunub.
- Hesabat-seçki konfransının vaxtı bəlli olub.
Mart ayının 7-də baş tutan müşavirədə “Gürcüstana keçməsi yasaq olunmuş cəmiyyət üzvlərilə bağlı məsələ, 2015-ci ilin birinci yarısı üçün nəzərdə tutulmuş tədbirlər proqramı, növbəti hesabat seçki konfransının çağırılması əsas müzakirə mövzusu olmuşdur.
Toplantıda “Borçalı” cəmiyyətinin İdarə Heyətinin üzvləri, el məclisi başqanları, ziyalılar, elm adamları iştirak etdilər. Tədbirdə Türkiyədə dərc olunan “Türksoyla İpəkyolu” dərgisinin təsisçisi və redaktoru, Türkiyənin məşhur teleaparıcısı Seyfullah Türksoy və Kanal 7-nin kameramanı Serhat bəy də iştirak edirdilər.
Toplantını cəmiyyətin sədri Zəlimxan Məmmədli açdı. O, iştirakçılarla yanaşı qonaqları da məxsusi olaraq salamladıqdan sonra, mövcud durumla bağlı reallıqları iştirakçılarla bölüşdü. Zəlimxan Məmmədli Gürcüstanın sərhəd-keçid məntəqəsində ona və Salman Murğuzluya qarşı edilmiş məlum ədalətsizliyi bir daha pislədi. Bu vaxta qədər görülmüş işlər haqqında geniş məlumat verdi. Ən yaxın zamanda yasaq qərarının aradan qaldırılacağını ifadə etdi. Bildirdi ki, “Gürcüstan tərəfinin qərarı obyektiv deyil və dərhal əlavə fəsadlar vermədən ədalət bərpa olunmalıdır. Bu müddətdə Türkiyənin, Azərbaycanın, Gürcüstanın ictimai və siyasi qurumlarının bu problemdə fikir birliyini nümayiş etdirə bildilər. Bizə dəstək verən hər kəsə təşəkkür edirik. Bu problem bizim birliyimizə də əlavə stimul verdi.”
Cəmiyyət sədrinin çıxışından sonra adıçəkilən məsələylə bağlı müzakirəyə qoşulan İran İslam Respublikasında Azərbaycanın keçmiş səfiri, professor Nəsib Nəsibli, Gürcüstanda Azərbaycanın keçmiş səfiri Hacan Hacısoy,Salman Murğuzov, Osman Əhmədoğlu, Valeh Məmmədli və başqaları Gürcüstan sərhədçilərinin atdığı bu addımı pisləyərək, onun destruktiv qüvvələr tərəfindən törədildiyini güman etdilər. Çıxışçılar bu problemin yaxın gələcəkdə öz həllini tapacağına, ədalətin bərpa olunacağına şübhə etmədiklərini də bildirdilər. Toplantı ıştirakçıları tərəfindən məsələylə bağlı bəyanat qəbul edildi.
Müşavirədə qoyulmuş ikinci məsələ gələcək tədbirlər planı ilə bağlı idi. Cəmiyyətin təşkilat məsələləri üzrə sədr müavini Firudin İsmayılov 2015-ci ilin birinci yarısı üzrə görülməsi planlaşdırılan tədbirlər proqramı haqqında geniş məlumat verdi. İştrirakçılar - Əmirxan Babaşlı, Eldar Məmmədli, Osman Əhmədoğlu, Telman Əliyev, Seyfullah Türksoy, Valeh Məmmədli və başqaları əlavə təkliflərini verdilər. Əlavə və təkliflər nəzərə alınmaqla fəaliyyət planı təsdiq olundu.
Üçüncü məsələ olaraq Borçalı İctimai Cəmiyyətinin növbəti illik hesabat seçki konfransının çağırılması müzakirə olundu və yekdilliklə, Nizamnaməyə uyğun olaraq bu ilin may ayında növbəti konfransın Bakı şəhərində yüksək səviyyədə keçirilməsi haqqında qərar qəbul olundu.
Daha sonra sayca VII “Borçalı türklərinin Elat mədəniyyəti festivalı”na hazırlıqla bağlı idi. İştirakçılar yüksək əhval-ruhiyyə ilə buna hazırlaşdığını vurğuladılar, eləcə də, bu əvəzsiz bayram tədbirinin Borçalıya və bütövlükdə Gürcüstana şöhrətdən başqa bir şey gətirməyəcəyinə əminliklərini ifadə etdilər. Ziyalılar Elat bayramının həm ictimai-siyasi, həm mənəvi, həm də iqtisadi cəhətdən Gürcüstan və Gürcüstan türkləri üçün çox önəmli bir tədbir olduğunu qeyd etdilər.
“Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidməti


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!