Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
Tarix : 19-10-2015, 16:59
19 oktyabr tarixində Bakı şəhərindəki Gürcüstan səfirliyi qarşısında “Borçalı” İctimai Cəmiyyəti adından piket iştirakçılarının qətnaməsi


“Borçalı” İctimai Cəmiyyəti hər zaman Azərbaycan və Gürcü xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsinə çalışmışdır. Cəmiyyət öz fəaliyyətində hər iki ölkə qanunlarına və Beynəlxalq hüquqa sayğılı davranmış, Gürcüstanın ərazi bütövlüyü çərçivəsində soydaşlarımızın vətəndaş hüquqlarının qorunmasına çalışmışdır. “Borçalı” Cəmiyyəti Gürcüstanda baş verən siyasi prosesə müdaxilə etməmiş, tərəfsizliyini qoruyub saxlamışdır. Soydaşlarımızı Gürcüstan dövlətçiliyinə, gürcü dilinə və mədəniyyətinə sayğıya dəvət etmişdir.
19 oktyabr tarixində Bakı şəhərindəki Gürcüstan səfirliyi qarşısında “Borçalı” İctimai Cəmiyyəti adından piket iştirakçılarının qətnaməsi

“Borçalı” İctimai Cəmiyyəti etnik separatçılığa qarşı olmuş, Hər zaman Gürcüstanın milli maraqlarını müdafiə edərək, qeyri rəsmi diaspor təşkilatı funksiyasını yerinə yetirmiş, cəsarətli addım ataraq Gürcüstan siyasi hakimiyyətinə Azərbaycanda Gürcüstanın diaspora təşkilatı kimi tanımaları üçün rəsmi müraciət ünvanlamışdır.
Təəssüf ki, təşkilatın fəaliyyəti Gürcüstanın indiki siyasi hakimiyyəti tərəfindən düzgün qiymətləndirilməmiş, heç bir əsas olmadan, sırf siyasi mülahizələrlə Cəmiyyətin sədri Zəlimxan Məmmədlinin 19 oktyabr 2014-cü il tarixindən Gürcüstana, öz ata ocağına girişinə qadağa qoyulmuşdur. Bundan əvvvəl isə, 26 iyun 2014-cü il tarixində Cəmiyyət sədrinin müavini Salman Murğuzovun da Gürcüstana buraxılmasına yasaq qoyulmuşdur.
“Borçalı” Cəmiyyətinin İdarə Heyəti Baş verən hadisəni Gürcüstanın təhlükəsizlik orqanları ilə siyasi hakimiyyətin radikal qanadının soydaşlarımıza qarşı sağlam olmayan münasibəti, təxribatı kimi qiymətləndirmişdir.
[center]19 oktyabr tarixində Bakı şəhərindəki Gürcüstan səfirliyi qarşısında “Borçalı” İctimai Cəmiyyəti adından piket iştirakçılarının qətnaməsi

“Borçalı” Cəmiyyəti bölgədə yaranmış mürəkkəb siyasi situasiyanı, hər iki dövlətə qarşı təhdid intensivliyini, üzv və on minlərlə tərəfdaşı qarşısında məsuliyyətini dərk edərək dözümlü davranmağa çalışmış, hadisəni siyasiləşdirməmiş, hüququn aliliyi və Gürcüstandakı demokratik islahatlara güvənərək ədalətin bərpa ediləcəyinə inanmışdır. Təəssüf ki, ötən dövr ərzində Gürcüstanın bütün səviyyəli hakimiyyət orqanlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Artıq cəmiyyətin sədrinə qarşı tətbiq edilən qərardan 1 il ötür. Azərbaycan ziyalıları, siyasi partiyaları, qeyri hökumət təşkkilatları, Gürcüstanda yaşayan soydaşlarımızın təkidli müraciətlərinin də cavabsız qalması “Borçalı” Cəmiyyətini və Borçalı türklərini ciddiliyi ilə narahat etməkdədir.
19 oktyabr tarixində Bakı şəhərindəki Gürcüstan səfirliyi qarşısında “Borçalı” İctimai Cəmiyyəti adından piket iştirakçılarının qətnaməsi[/center]
“Borçalı” Cəmiyyəti sədr Zəlimxan Məmmdəlinin və müavini Salman Murğuzovun Gürcüstanın dövlət və milli marağını təhdid edən bir əməl sahibi olmadığını nəzərə alaraq bir daha bəyan edir:
* Zəlimxan Məmmədlinin və Salman Murğuzovun Gürcüstana girişinə yasaq qoyulması iki xalq və dövlət arasında etimad mühitini sarsıtmağa hesablanmış təxribat kimi qiymətləndirilsin və məsuliyyət Gürcüstan tərəfinin üzərində hesab olunsun;
* Bu hadisə Gürcüstanın indiki iqtidarının “Borçalı” Cəmiyyətinə və bütövlükdə Gürcüstan türklərinə qarşı sağlam olmayan münasibəti kimi qiymətləndirilsin;
* Gürcüstan siyasi hakimiyyəti və hüquq sistemindən Zəlimxan Məmmədli və Salman Murğuzovun Gürcüstana maneəsiz gediş-gəlişini təmin etməsi tələb olunsun;
* 19 oktyabr tarixi simvolik olaraq “Ədalətin Qara günü”hesab olunsun;
19 oktyabr tarixində Bakı şəhərindəki Gürcüstan səfirliyi qarşısında “Borçalı” İctimai Cəmiyyəti adından piket iştirakçılarının qətnaməsi

* Bir ay müddətində Gürcüstan tərəfdən baş verən olaya rəsmi açıqlama verməsi tələb olunsun;
* Ədalət bərpa olunmayacağı təqdirdə baş verəcək hadisələrə görə Gürcüstan tərəfin məsuliyyət daşıdığı qeyd edilsin;
* “Borçalı” Cəmiyyəti hüququn imkan verdiyi səviyyədə haqq mübarizəsini davam etdirəcəyini, Avropa İnsan Hüquqları Məhkəməsi də daxil, bütün Beynəlxalq təşkilatları Gürcüstanda insan haqlarının kobud surətdə pozulmasına yönəldəcəyini bəyan edir.
Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti adından piket iştirakçıları
19 oktyabr 2015-ci il, saat 12-30


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!