Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 5-11-2015, 14:32
İranda ayrı seçkilik davam edir


Ruhaninin köməkçisi: “Bəluc dili gücləndirilməlidir, urdu dilinə də xüsusi diqqət ayırmaq lazımdır”

Butov.az GünAztv-yə istinadla xəbər verir ki, Noyabrın 3-də Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinə səfər edən İran prezidentinin milli və dini azlıqların işi üzrə özəl köməkçisi Əli Yunisi Sistan-Bəlucistan ostandarı ilə görüşərək bəluc dilinin qorunub saxlanmasının vacibliyindən danışıb.
Əli Yunisi deyib ki, bəluc dili əsil İran dillərindən biri olduğuna görə qorunub saxlanılmalıdır: “Bəluc dili qədim İran dilinin yadigarıdır. Elə buna görə də bu dil gücləndirilməlidir. Baxmayaraq ki, İran İslam Respublikasında urdu dilində danışanların sayı çox azdır, lakin bu dildə işlənən sözlərin 50 faizi fars dilində işlənən sözlərlə eyni olduğunu nəzərə alaraq hesab edirik ki, bu dilə də xüsusi diqqət ayırmaq lazımdır.

Hazırda İranın müxtəlif etniklərinin dilində bir ensiklopediyanın hazırlanması məsələsi gündəmə gəlib. Bəluc dilinin də bu ensiklopediyaya salınması və ona əlavə olunması üçün tədbir görmək lazımdır”.

Görüşdə, Sistan-Bəlucistan ostandarı Əli Osət Haşimi deyib ki, bəluc dili hazırda Sistan-Bəlucistan universitetində iki semestr həddində könüllü olaraq tədris edilir və bu dillə maraqlanan tələbələr könüllü olaraq həmin dərslərdən faydalana bilərlər.

Qeyd edək ki, Əli Yunisi qonşu Pakistanın milli dili sayılan urdu dilinin qayğısına qaldığı bir vaxtda, ölkədə 35 milyondan çox Azərbaycan türklərinin dili tapdanır, ana dilində təhsil hüququ tələb edən dinc fəallar kütləvi şəkildə tutulub əsassız ittihamlarla həbsə salınırlar.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!