EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 7-10-2015, 15:49
Jurnalistlərin ingilis dilinə marağı artırılır


"Azercell” və “Kaspi” Təhsil Şirkətinin birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kursunun keçirilməsi ilə bağlı bu gün mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev, “Kaspi” Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev, müavin Aydın Əliyev və digər məsul şəxslər iştirak ediblər.

“Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev deyib ki, bu layihə ənənə halını alıb, növbəti illərdə də davam edəcək: “Biz “Kaspi” Təhsil Şirkəti ilə əməkdaşlıqdan məmnunuq. Jurnalistlərin ingilis dili biliklərinin artırılmasını və onlara bu şansın yaradılmasını müsbət hal hesab edirik”.

Butov.az sia.az-a istinadən xəbər verir ki, “Kaspi” Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev xatırladıb ki, “Azercell” jurnalistlər üçün ingilis dili kursları təşkil edib: “Kurslar “Kaspi” Təhsil Mərkəzlərində peşəkar yerli və əcnəbi müəllimlər tərəfindən keçirilir. Hər il 60-dan çox jurnalist bu lahiyədə iştirak edir. Hər il yüksək nəticə göstərən iki jurnalist pulsuz iki həftəlik Londonda ingilis dili kursuna göndərilir. Bu il 73 jurnalist xarici dil üzrə “Kaspi” Təhsil Şirkətində ingilis dili kursu keçib".

Konfransın sonunda daha fəal və nəticəsi yüksək olan iki jurnalistə -“Palitra” qəzetinin əməkdaşı İlkin Ağayevə və ATV telekanalının əməkdaşı Səma Əhmədovaya Londonda iki həftəlik ingilis dili kursuna göndərilməsi üçün razılıq verilib.

Digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

Tədbirdə bildirilib ki, layihə davam etdiriləcək. Növbəti qeydiyyat prosesi oktyabrın 8-dən oktyabrın 21-dək davam edəcək.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!