Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                        Milli Məclisin bu il üçün son iclasının gündəliyi .....                        Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər .....                        Təyyarəyə kənar müdaxilə olub - Nazir .....                        Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                       
Tarix : 25-06-2014, 19:07

İranın ən iddialı ruhanilərindən olan Seyid Amili fars təbliğatını niyə pisləyib?

İranın ən iddialı ruhanilərindən olan Seyid Amili fars təbliğatını niyə pisləyib?

Ərdəbil şəhərinin imam-cüməsi, Höccəttülislam Seyid Həsən Amili İranda fars dili və millətçiliyinin təbliğinə etiraz edib. aznews.az “BayBak”a istinadən xəbər verir ki, Xiyav (Meşkinşər) Azad Universitetinin təşəbbüsü ilə keçirilən seminarda çıxış edən Amili İranda panfarsizmin təhlükəsindən danışıb. Bildirib ki, bu sistemlə mübarizə aparmaq üçün Ərdəbildə panfarsistlərin kim olduğunu müəyyənləşdirib və öz çalışmaları ilə bunun qarşısını alıb.
Həsən Amili qeyd edib ki, dövlətin vəzifəsi ana dillərini qorumaqdır: “Bu yolda islam hakimiyyətinin daha ağır vəzifəsi var. İslam hökuməti demokratik hökumətdir və əgər xalq səs verərsə, hər bir dil rəsmi ola bilər. İranda əhalinin çoxunun dili türkcədir, ancaq azlıqda olan farsların dili yeganə dil olaraq Konstitusiyada əksini tapıb. Bu isə fars olmayan xalqların etirazına səbəb olub”. Höccəttülislam çıxışının davamında bildirib ki, özü şəxsən əsl türk sözlərini toplayıb və hətta “Azərbaycan türkcəsi” dil ocağının təsis edilməsi barədə dövlət yetkililərinə müraciət edib. 
Qeyd edək ki, Ərdəbil şəhərinin imam-cüməsi İran dini dairələrində böyük nüfuza sahib şəxslərdəndir. Azərbaycanda daha çox rəsmi Bakıya ünvanlanmış sərt tənqidləri ilə tanınan Həsən Amili ötən ilin yayında Qarabağda PKK düşərgələrinin olması, eləcə də birinci Qarabağ savaşı zamanı baş verənlərlə bağlı qalmaqalı açıqlamaları ilə də yadda qalıb. 
Seyid Həsən Amili 1961-ci ildə Ərdəbil şəhərində, qədim Məhəmmədiyyə məhəlləsində dünyaya gəlib. Dindar ailədən olan Amilinin əsli Livanın Cəbəl Amil vadisinə gedib çıxan seyidlərdəndir. İlk təhsilini Cəfəriyyə mədrəsəsində alıb, daha sonra Qumda islam təhsili alıb. Məşhur islam alimləri Ayətullah Mirzə Cavad Təbrizi və Cəfər Sübhaninin dərslərində iştirak edib. Hössət əl-İslam tituluna sahibdir. Eyni zamanda Tehran Universitetində hüquq üzrə təhsil alaraq doktorluq dərəcəsinə yiyələnib. İran ali dini liderinin Ərdəbil üzrə səlahiyyətli nümayəndəsi, Ərdəbilin imam-cüməsi və eləcə də Xubraqan (Mütəxəssislər) Məclisinin üzvüdür. 
Cəsarətli çıxışları ilə tanınan Həsən Amili hazırda İranda orta yaş qrupunda olan ruhanilər içərisində ən nüfuzlusu sayılır. Bəzi dairələrdə isə Həsən Amili ali dini liderin xələfi olmağa ən şanslı namizəd kimi təqdim olunur. Belə ki, H.Amilinin dini və hərbi elitada əsas nüfuza malik azərbaycanlılara yaxınlığı, eləcə də seyidliyi (Peyğəmbər (s.ə.s) nəslindən olması), ən əsası, dindar kütlələr içərisində böyük nüfuza malik olması onun Ayətullah Xameneyidən sonra İran ali dini lideri postuna ən şanslı namizədlər siyahısında görülməsinə səbəb olur. 
Seyid Həsən Amili qeyri-rəsmi olaraq Ərdəbil Ostanının əsas siması olaraq ictimai-siyasi proseslərdə aktiv iştirak edir. Həmçinin Azərbaycana səfər edərək bir neçə dəfə dövlət rəsmiləri ilə görüşlər keçirib. Bir qədər əvvəl onun sərhəddə Azərbaycandan gələnlərə güzəştlər edilməsi (ali dini liderin nümayəndəsi işlədiyi əyalətdə bütün dövlət rəsmiləri üzərində nəzarət səlahiyyətinə malikdir), problemlər yaradılmaması barədə tapşırıq verdiyini bildirmişdi. Bu isə Həsən Amilinin həm də siyasi iddialarının olmasına işarə idi.
Ancaq hər nə qədər Həsən Amilinin son açıqlaması üzərində təbliğatlar qurulsa da, o, heç də türk millətçisi deyil. Demək olar ki, bütün çıxışlarını Azərbaycan dilində edən və moizələrini türkcə edən Həsən Amilinin fars dilinə və farsçılığa qarşı üsyan etməsinin arxasında başqa amillər dayanır. 
Məsələ burasındadır ki, son illərdə İranda fars dili və millətçiliyinin təbliğatı daha da güclənib. Bu isə istər-istəməz digər millətlər tərəfindən narazılıqla qarşılanmaqla yanaşı, İslam Respublikasının təməl prinsipləri ilə ziddiyyət təşkil edir. İslam adı ilə İran və fars mədəniyyətinin təbliğ olunması dini dairələrdə narahatlıq yaradır. Hesab olunur ki, fars elementlərinin güclənməsi çoxmillətli İranda mili zəmində bölünməni dərinləşdirəcək və dövlətin əsasını təşkil edən İslam dəyərlərinin arxa plana keçməsinə gətirəcək. 
Son illərdə xüsusən də dindar bölgələrdə qədim fars adlarının, mədəniyyət nümunələrinin geniş təbliği din xadimlərinin etirazlarına səbəb olub. Belə görünür, fars təbliğatının qədim türk şəhəri olan Ərdəbilə gəlib çatması Seyid Həsən Amilini də hərəkətə gətirib.

Davam.az
HÜSEYN



Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!