Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-07-2016, 12:43
Aşıq Səlcuq Şəhbazi: «Heç bir maneə bizi yolumuzdan döndərə bilməz»

İran Aşıqlar Birliyi (Xaneyi İran Aşıqları) İran İslam Respublikasında Aşıq sənətinin inkişafı və qorunması istiqamətində atılmış çox mühüm addımdır
Şifahi yaradıcılığın əsas qollarından olan Aşıq sənəti xalq təfəkkürünün formalaşmasında başlıca rollardan birini oynayır. Təbii ki, bu sənətin qorunub saxlanmasında, onun bədii məziyyətlərinin zənginləşməsində mənəvi sərvətimizin keşiyində duran ozan-aşıqların xidməti böyükdür. VII əsrə aid ən qədim epik əsər olan "Kitabi-Dədə Qorqud" dastanı da müasir Azərbaycan aşıqlarının əcdadları - qədim ozanların həyatından, sevgisindən, qəhrəmanlığından bəhs edir.
Tarixə qısa ekskurs etsək, görərik ki, Azərbaycan aşıqları bütün Qafqazda məşhur olublar. Bu müstəvidə tanınmış aşıqlar A.Mikayılov, B.Qədirov, A.Rüstəmov, Ş.Hacıyev, P.Salahlı, P.Pənahov və başqaları aşıq poeziyası ənənələrini uğurla davam etdirib, yeni nəslə ötürüblər. Sevindirici haldır ki, bu gün də aşıqlara el sevgisi, ehtiram böyükdür.
Bu gün təkcə Azərbaycanda deyil, İran islam Respublikasında da Aşıq sənəti günün vacib reallıqlarından biri kimi təzahür edir. Bu mənada, illər sonra - 2015-ci ildə müvafiq dövlət orqanları tərəfindən rəsmi qeydiyyata alınmış, böyük tarixi uğur (inqilab) hesab olunan İran Aşıqlar Birliyi (Xaneyi İran Aşıqları) İran İslam Respublikasında Aşıq sənətinin inkişafı və qorunması istiqamətində atılmış çox mühüm addımdır. Bu təşkilat İranda yaşayıb fəaliyyət göstərən aşıqları öz ətafında birləşdirməklə, onların sənət komponentlərini uğur müstəvisinə çıxarmaqda israrlıdır. Birliyin əsas məqsədi, qədim aşıq yaradıcılığının qorunub saxlanılması, inkişaf etdirilməsi, həmçinin, aşıq sənətini və poeziyasını gələcək nəsillərə çatdırmaqdır. Birliyin qurucusu və sədri Aşıq Səlcuq Şəhbazidir.
Qısa tanışlıq:
Aşıq Səlcuq Şəhbazi: «Heç bir maneə bizi yolumuzdan döndərə bilməz»

Aşıq Səlcuq Şəhbazi 1962-ci ildə İran İslam Respublikası Miyana vilayətinin Ağcaqışlaq kəndində dünyaya göz açıb. 1975-ci ildə atası Şükür kişi Tehrana köçüb, Nemətabad məhəlləsində məskunlaşıb. Səlcuq uşaq yaşlarından saza, sözə maraq göstərib; harda saz çalınıbsa, harda saz havaları üstündə nəğmə qopubsa, özünü oraya çatdırıb. Saz havalarına qulaq asanda bulaq kimi qaynayıb. 4 il aşıq Əvəzdən aşıqlıq dərsi alıb. Nə atası bilib, nə camaat. Məqam yetişəndə ustadının xeyir-duası ilə əsgərliyə gedib. 1980-1982-ci illərdə orduda qulluq edib. Geri qayıdanda saz-söz dünyasının ustadsız qaldığını görüb. Saza olan məhəbbəti onu Tehranın “Xaksifid” məhəlləsindəki Çirişanlı Aşıq Hüseyn Əsədin yanına aparıb. Sonra Çingiz və Fərrux Mehdipurun saz-söz dünyasına qısılıb. Bir neçə il onlardan saz bağlamaq və saz çalmaq öyrənib. Atası Şükür kişi o zaman xəbər tutub ki, görüb oğlu həm mükəmməl saz çalır, həm də saz bağlayır. Beləliklə, 1988-ci ildə Səlcuq aşıqlığa başlayıb. Az vaxtda Tehranda və bütün Azərbaycanda onun saz mağazası və çalıb oxuması dillər əzbəri olub. Hər yandan onun yanına saz almağa və saz öyrənməyə axın başlayıb. Və onun Vətən məhəbbəti sayəsində Nemətabad bir bala Bakı kimi tanınıb. Bir gün professor doktor Məhəmməd Hüseyn (Düzgün) ona deyib: «Aşıq! Bütün tələbələrin yanında hörmətin var. Elə mənim də könlümə yatmısan. Bundan sonra səni Azərbaycanın Milli Aşığı adlandırıram və sənin adını da Aşıq Səlcuq qoyuram.
Aşıq Səlcuq 1989-cu ildə İranda “Azərbaycan Aşıqları” kollektivini yaradıb. Çox çalışdıqdan sonra İranın radio və televizyasında aşıq musiqisini rəsmiləşdirib. 7 il radio və televiziyada cıxış edib. 1999-cu ildə kollektivin adını dəyişib, “Dədə Qorqud Aşıqları” adlandırıb.
1992-ci ildə Gəncədə festifalda çıxış edib, diploma layiq görülüb. 2005-ci ildə “El səsi” adında bir şeir kitabı işıq üzü görüb. 2006-cı ildə «Dədə Qorqud kitabı»nın Qazanxan dastanını müasir aşıq dilinə çevirib və aşıqları ilə birgə ifa edib. 2007-ci ildə “Təpədən dırnağa Azərbaycanam” şeir kitabı Xalq şairi Zəlimxan Yaqubun yazdığı müqəddimə ilə nəşr olunub.
Dədə Qorqud aşıqları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin şəxsi dəvəti ilə 2010-cu ildə Azərbaycanda keçirilmiş birinci Beynəlxalq aşıq Festifalında iştirak edib. Aşıq Səlcuq Şəhbazi 2010-cu ildə İranda “Musiqi evində” İran aşıqlarının nimayəndəsi seçilib. 2015-ci ildə o, şəxsi təşəbbüsü və zəhməti sayəsində “Xaneyi İran Aşıqlari” İran Aşıqlar Birliyinin dövlət səviyəsində fəaliyyətinə icazə alıb və bu birliyin qurucusu kimi tarixə düşüb. Sonra həmin Aşıqlar Birliyinin sədri seçilib. Elə həmin ildə “Aşıq Dastanları” kitabı işıq üzü görüb.
”İran Aşıqları və ədəbiyyatı” kitabı aşıq Səlcuq Şəhbazinin 3 ildə çəkdiyi zəhmətin bəhrəsidir. O, həm də Aşıq sənətində 7 klassik aşıq havasının («Şəhbazi dubeytisi», «Şəhbazi gəraylısı», «Şəhbazi divanisi», «Şəhbazi bayatısı», «Şəhbazinin layla bayatısı», «Şəhbazinin Zərbi divanisi», «Şəhbazi Koroğlusu») müəllifidir.
Aşıq Səlcuq Şəhbazi ilə həmsöhbətik. Söhbət əsnasında qeyd edir ki, Cənubi Azərbaycanda Aşıq sənəti daim öz vüqarını qoruyub, orada peşəkar aşıqlar yetişib, bu gün onların arasında ifaçı aşıqlar və şair aşıqlar xüsusi yer tutur.
Aşıq Səlcuq yüksək fitri istedada malik, təkcə aşıq poeziyasına deyil, Azərbaycanın yazılı ədəbiyyatına da güclü təsir göstərmiş aşıqlardan Qurbani (XVI əsr), Aşıq Abbas Tufarqanlı (XVII əsr), Aşıq Valeh (XVIII əsr), Aşıq Ələsgər (1821-1926), Aşıq Hüseyn Bozalqanlı və digərlərinin peşəkar Aşıq sənətinin örnək nümunələri olduğunu deyir, onların ustad aşıqlar kimi hər birinin bir məktəb yaratdığını vurğulayır.
Aşıq Səlcuq Şəhbazi: «Heç bir maneə bizi yolumuzdan döndərə bilməz»

Aşıq Səlcuq Azərbaycan aşıq sənətində bir neçə məktəbin mövcud olduğunu da dilə gətirir. Haqlı olaraq deyir ki, hər bir məktəbə məxsus aşığın ifa tərzi bölgə xüsusiyyətləri ilə bağlıdır. Məsələn, Göycə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan və ya Salyan aşıqları fərdi üslub cəhətləri ilə bir-birindən fərqlənirlər. Lakin sevindirici haldır ki, onlar bu günədək yerli ənənələri qoruyub saxlayırlar. Heç şübhəsiz, İran İslam Respublikasında yaşayıb-yaradan peşəkar aşıqlar da eynən bu ruhda sənət nümayiş etdirirlər. Həmçinin, orada təkcə kişi aşıqlar deyil, qadın aşıqlar da sənət amirliyi üçün çalışırlar. Necə ki, on illər əvvəl peşəkar aşıqlar arasında tanınmış qadın aşıqlarımız olub: Aşıq Pəri (XIX əsr), Aşıq Həmayıl (XIX əsr), Aşıq Bəsti (1936-cı ildə vəfat edib), Aşıq Dilşad (1912-ci ildə anadan olub) və başqaları.
- Nəhayət ki, İran İslma Respublikasında Aşıqlar Birliyini yaratmağa müvəffəq oldunuz müraciətinə Aşıq Səlcuq belə yanaşma etdi:
- 10 oktyabr 2015-ci il tarixdə Tehranın Niyavəran Mədəniyyət Mərkəzində İran Aşıqlar Birliyinin (İAB) təqdimat mərasimi keçirilib. Tədbirə İran aşıqları ilə yanaşı, Azərbaycan, Türkiyə və Orta Asiya respublikalarından rəsmi nümayəndələr və aşıqlar dəvət edilmişdir. Tədbirdə İran İslam Respublikasının parlamentinin sədr müavini, Mədəniyyət Nazirinin müavini, İslam İrşad Nazirliyinin rəsmi nümayəndəsi, Niyavəran mədəniyyət sarayının müdirinin çıxışları ilə yanaşı, İran Aşıqlar Birliyinin qurucusu və sədri Kövsərəli Şəhbazi də çıxış edib, təşkilatın yaradılmasının məramından danışıb.
Sevindirici haldır ki, fevralın 11-də Tehranın Bəharan bələdiyyəsinin sosial şöbəsinin binasında İran Aşıqlar Birliyinə daimi fəaliyyət göstərməsi üçün məkan ayrılıb. Bu da işimizin xeyrinədir və qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün bir vəsilədir. Əlbəttə, amalımız güzgü kimi aydındır: İranda aşıq sənətini qorumaq və inkişaf etdirmək! Bu istiqamətdə bütün mümkün vasitələrdən istifadə etməkdə israrlıyıq və heç bir maneə bizi yolumuzdan döndərə bilməz. Ətrafımızda sağlam aşıqlar – parlaq zəkalı sənət adamları cəmdir. Niyyətimiz pak olduğu üçün uğurumuz da işıqlıdır.
Bəli, Aşıq Səlcuq Şəhbazi aşıq sənətinin incəliklərindən fəxarətlə danışır. Qeyd edir ki, mədəniyyət və musiqi sərhəd tanımır. Xalqlarımızın yaxınlaşmasında, mədəni əlaqələrinin inkişafında aşıq sənəti mühüm rol oynayır. Odur ki, istər İranda, istərsə də Azərbaycanda bu sənəti qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək lazımdır.
Bu gün hər kəs birmənalı əmindir ki, Aşıq Səlcuq Şəhbazi İran Aşıqlar Birliyinin fəaliyyətinin davamlı və məhsuldar olmasına çalışacaq, aşıq sənətinin təbliğinə böyük töhfə verə biləcək. Bu işdə hörmətli Aşığa uğurlar arzulayır, Azərbaycan Aşıq sənətinin İran İslam Respublikasında təbliğində göstərdiyi əzmkarlığa görə alqışlayırıq.

Aşıq Səlcuq Şəhbazi ilə həmsöhbət oldu:
Hikmət Məlikzadə

"Bütöv Azərbaycan" qəzeti


Paylaş



Bölmə: Güneyin sesi / Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!