Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
Tarix : 24-11-2014, 15:12

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi

Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi

Komitəsinin 94-cü  sessiyasında iştirak etmişdir

 

 

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Butov.az

saytına verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 17-21noybr 2014-cü il tarixlərində London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyasında iştirak etmişdir.  

            “Dənizdə insan həyatının mühafizəsinə dair”, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyalara edilən dəyişikliklərin təhlil olunması və göstərilən dəyişikliklərin milli qanunvericiliyə implementasiyası üzrə müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlər olmuşdur.

Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın Dənizdə təhlükəsizliyin artırılması üzrə xüsusi tədbirlər ilə əlaqədar XI-1-ci fəslinə əlavə edilməsi nəzərdə tutulan “Qapalı yerlərdə atmosferin yoxlanılması üçün vasitələr” adlı yeni Qaydanın və XIV fəsil olaraq nəzərdə tutulan “Qütb sularında istismar edilən gəmilər üçün təhlükəsizlik tədbirləri” adlı yeni Məcəllənin layihələri üzrə intensiv müzakirələr aparılmışdır.

Komitənin 94-cü sessiyasında  beynəlxalq ictimaiyyəti narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar məruzələr dinlənilmişdir.

          

  Sessiyada Britaniya Dəniz yollarına məxsus gəmidə baş vermiş yanğın zamanı 32 nəfərin xilas edilməsi uğrunda göstərdikləri xüsusi şücaətə görə kapitan Andreas Kristensen və onun rəhbərlik etdiyi heyət “2014-cü il Dənizdə Şücaət (Bravery at Sea) Mükafatı” ilə təltif olunmuşlar. Eyni zamanda, Sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən  Üzv Dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmiş, respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyası bir sıra Beynəlxalq Konvensiyalara dəyişikliklər edilməsi barədə Qərar qəbul edilməsi ilə öz işini yekunlaşdırmışdır.

 

 



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!