20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 23-01-2015, 15:50
İşıqlı Atalı
Mütgləqə İnam Ocağının Yükümlüsü


Yenə də Babəkin xatirəsini cırmaqlayırlar. Ancaq əllərinə bir şey keçmir.
Necə ola bilər ki, Babəkdən əl çəkək və var olaq? Bu cür “var olmaq” yox olmaq demək olardı əslində.
Tarixi taleyimizdə müəyyən uyğunsuzluqlar (gerçək inanc və ulusal yaşam, düşüncə fərqi...) var: o deməkdir ki, ulusallığımızdan utanmalıyıq, əl çəkməliyik?
Babəkin qəhrəmanlığı o qədər uca, bənzərsiz, əlçatmazdır ki, qəbul etməyəndə gərək danasan, bir az da “qabağa gedib” böhtan, çamur atasan.
Babəkə isə böhtan, çamur yapışmır – onun uca boyuna çatmır da.
***
Babək Ulusallığımızın sifətidir

Uzaq yüzillərə boylanıb Babəki qəhrəmanlığına görə günahlandırırlar. Gör bir sən kiminlə döyüşmüsən? Sən niyə bu dərəcədə möhtəşəmsən?
Niyə Babəkin qəhrəmanlığını gözdən sala bilmirlər? Doğrudanmı Babəkin obrazlaşdırılması bütünlüklə sovetlər dönəmi ilə bağlıdır?
Babək – sovetizm hadisəsi deyil.
Babək Ulusallığımızın sifətidir

O halda sovet dövründə Babəkdən də çox “qəhrəmanlaşdırılan”, əslində sırınan obrazlar oldu. Bəs niyə indi onların çoxunun izi-tozu da yoxdur? Ona görə ki, yalnız ulusal (xəlqi) olan yaşayır.
Babəkin ruhu ulusaldır, bu səbəbdən də kutsaldır. Babək ölməzliyiylə, möhtəşəmliyiylə yadların, yağıların canına bu gün də üşütmə salır.
***
Böyüklüyün, insanlığın, ulusallığın bir əsas ölçüsü var: əgər sən sənsənsə, varlığına inanırsansa, özünü təsdiq etmisənsə, qoy başqası da olsun.
Başqa tərəfdən, inkar etdiyindən fərqli, bənzərsiz qənaətin, ömrün varsa, haqlısan. Gərək ortaya imtina etdiyindən artıq nəsə qoyasan.
Ölkələrin, xalqların timsalında da belədir. Əslində insanlarası münasibətlər uluslararası, ölkələrarası münasibətləri təsdiq edir.
Ulusun içində, ulusun mahiyyətinə qarşı getmək, Azərbaycanın varlığını qeyri-müəyyənliklərə aparıb bağlamaq - sabahsızlıq yaratmaqdır.
***
Özünə yarımayan, özülü üzərində qurulmayan ulus başqalarına da yarımır əslində. Nə qədər faciəvi olsa da Türk ulusumuzda özgəliklərə yarımaq duyğusu güclüdür. Türkün özgələşməsi yaman olur...
Babək Ulusallığımızın sifətidir[/center]
Bunun bir əsas səbəbi var: ulusal qüdrətimiz, imkanımız həmişə bizdən çağımızdan ötə olmağı tələb edib. Bu olmayanda isə zamana yenilmələr, sinmələr baş verib.
Babək – konkret tarixi qəhrəmandır, bu möhtəşəm obrazı xalqın ağlından, ruhundan silmək mümkün olmur. Ona görə də sinirlidirlər.
Babək öz yurdunda yadellilərə qarşı döyüşüb. Düz eləyib. Bəs neyləməliydi?
Babəki başqa türk qəhrəmanlarıyla əvəzləmək istəyirlər, alınmır.
Babəkin yerinə qoyulan, əvəzlənən qəhrəmanlar Babəkdən böyük deyillər.
Dünya bizi bizdən yaxşı tanıyır.
Ümumiyyətlə, bəşər tarixində Babəkə tay ola biləcək qəhrəman tapmaq çətindir.
***
Türk xalqı təəssüf ki, tarixin müəyyən dönəmlərində ruhunun tələbinə uyğun yaşaya bilmədiyindən üz tutduğu- tutdurulduğu özgəliklərin diktəsiylə içindən yaranan böyüklərini qoruya, yaşada bilməyib.
Türk xalqına orta ölçüdə yaşamaq alınmır.
Çünki ulusal ruhumuz qətilik, biryolluq əhval ifadə edib, edir.
Babək zamanında yadlığa – yad düşüncəyə, istilaya qarşı varlığını yaratmış şəxsiyyət idi.
Gör zəhmi necə güclüdür, qırımlıdır Babəkin... Bu gün də o, dipdiridir – canlıdır. Babəki öldürə bilmədilər.
Əslində onu təsdiq etdilər, indi də edirlər.
Böyüklük budur.
***
Azərbaycan dəyərlərinin gözdən salınması ilə razılaşmaq - Azərbaycanın yoxluğuyla razılaşmaq kimi bir şeydir.
Xalq olmaq istəyiriksə, qədimliyimizdən gələn ülvi, gözəl cəhətləri göz-bəbəyimiz kimi qorumalıyıq. Özümüzü aldatmayaq. Dünyada öz sifətimizlə görünməliyik.
Babək ulusal sifətimizi yaradanlardandır.
Babəkin varlığı – özündən yarandı.
Özümüzə, tariximizə o dərəcədə saymaz olduq ki, hətta Babək kimi böyük qəhrəmanımızın doğum tarixini dəqiqliklə yazıb sabaha çatdıra bilmədik.
***
Babəklə bağlı nə yazılıbsa, hamısı ərəb qaynaqlarındadır. O çağlarda Babəkin şəxsiyyəti, getdiyi yol, xürrəmilərin fəlsəfəsi, istəkləri, bütövlüklə ulusumuzun özgəçiliyə qarşı ilk böyük dirənişi ilə bağlı özümüzünkülərin yazdığı və bugün yararlana biləcəyimiz az şey var. Yağılarımız iradəmizi sarsıtmaqdan doymayıb, bu böyük dirənişlə bağlı nə varsa, hamısını yandırıb, məhv edib, qarşılığında Babək babamız, onun uca, qudsal yolu, igidliyi ilə ilgili ləyaqətsiz sözləri yazıb saxlayıblar. Bütün hallarda isə onun böyüklüyünü yenə bilmədilər.
Babək dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşdü. Bu, Türk yenilməzliyi, birsifətliyi idi.
Babək sözün böyük mənasında yenilməz türk sərkərdəsi, fiolosofdur. Ehtimal etmək olur ki, Babəkin həm də kitabları varmış...
***
Babək gedib ərəbin yurdunu tutsaydı, orada ərəbləri qırsaydı, onda ərəb tarixçilərinin bu qudsal kişi ilə ilgili yazdıqları da doğru olardı.
Özünü hər şeylə ortaya qoymuş, böyük gələnəklər yiyəsi, uca dəyərlər yaratmış bir ulus üçün başqasının qoltuğunda yaşamaq ölüm sayılmazdımı?
Babəkin məşhur “Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir” kəlamı çox şey deyir. Babəkin məğlubiyyətinin bir əsas səbəbi vardı: o da Babəkin böyük ruhuna bərabər siyasətinin olmamasında idi. Düşmən güclü idi, Türk soyumuzun biri-birini sevməməsindən məharətlə istifadə edə bildi. Təəssüf ki, türk türkü o dövrdə də sevmirdi, türk türkə qarşı döyüşürdü. Afşin buna sübutdur.
***
Bu yerdə Asif Atanın Babək haqqında fikrini təqdim edirik: “Babək ləzzət inamı yaratmamışdı, Fərəh İnamı yaratmışdı. Ləzzət inamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, Babək özündən keçmişdi. Babək inamının yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan dünyaya fərəh üçün gəlib, ən böyük fərəh isə Azadlıqdır. Azadlıq insanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq insanı insandan kənardakı zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda insan aqibətini özü yaradır, ömrünü özü yazır, özündən kömək diləyir, əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır, cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, şərdən böyük cəza. Azadlıq insanı müqəddəs fərəhə qərq edir.
O, yenilməzlik tələbidir – zora əyilməmək, özümlüyü qorumaq: vüqarı, ləyaqəti… Xalq insanın müqəddəs mənliyidir. Yenilməzlik müqəddəs mənliyi qorumaqdır.
Misilsiz böhtanlara məruz qalıb Babək. İnamını nəşəlik, haramlıq, zinalıq kimi qələmə veriblər. «Xürrəmi»liyi Fərəhçilik kimi yox, ləzzətçilik kimi anladıblar. Döyüşünü qatillik, qəddarlıq, talançılıq, quldurluq kimi təqdim ediblər. Çünki qorxublar. Əvvəl Babəkin özündən, sonra xatirəsindən. Bu səbəbdən də əvvəl özünü, sonra xatirəsini şaqqalayıblar. İndi də qorxurlar. Ruhundan qorxurlar”.
Babəki ürəklərdən çıxarmaq mümkün olmadı. Bundan sonra heç olmayacaq!


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!