Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 16-04-2015, 21:50
"Zəngəzur" Cəmiyyətləri Birliyinin bəyanatı:

Avropalı deputatlar verdikləri bədnam qərara görə tarix qarşısında məsuliyyət daşıyacaqlar!
15 apreldə Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib. Avropalı parlamentarilər Türkiyəni "soyqırımı" tanımağa çağırıblar. Roma papasının müraciətindən -"fətvasından" sonra bu qərarın qəbulu mümkün görünsə də, yenə də sağlam, obyektiv düşüncəyə hələ də inam, güman qalırdı. Ancaq bu dəfə də haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq normaları yox, böyük dövlətlərin xristian təəssübkeşliyi, ikili standartlardan, maraqlardan çıxış edən subyektiv yanaşmaları qalib gəldi.
"Zəngəzur" Cəmiyyətləri Birliyi olaraq bu qərarı pisləyir, qəbuledilməz sayır və bunu "xristian klubu"nun türk-müsəlman dünyasına qarşı səlib yürüşünün davamı kimi görürük.
Avropalı siyasilər üçün son 100 ildə ermənilərin Anadolu, Qafqaz, Cənubi Azərbaycanda qırdığı 2 milyondan artıq müsəlman türk 2-ci sort insanlar kimi görünür. Bu qərara səs verən parlamentarilər məgər fransız tarixçisi Jean Laurent, səyyah qraf de-Şölye, Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel, jurnalist Jan İv Yunet, tədqiqatçı və araşdırmaçısı Maxime Gauin, Marsel, de-Ban və digər onlarla şahidin, ingilislər tarixçi yazar prof. Dr. Justin Mccarthy, qəzetçi George H. Hepwort, Amerikalı məşhur tarixçi və Osmanlı mütəxəssisi professor Justin McCarthy, ABŞ-ın Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, “Hunter” Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson, Odisnom Çarlz Eliotun, Masaçuset Amherst Universiteti tarix fakültəsinin professoru Audrey L.Altstadt, professor Stanford Shavv, tarixçi yazar Mark Sayks Amerikada çıxan “The Hill” qəzetinin siyasi icmalçısı Ceyson Kats, professor Dr. Norman Stone ABŞ, İngiltərənin yüzdən çox Osmanlı tarixi üzrə araşdırmaçısının tədqiqatlarından xəbərsiz olduqlarına inanmaq mümkünsüzdür. Avropanın yüzlərlə nüfuzlu alim, tədqiqatçı, diplomatı 1915-ci ildə baş vermiş hadisələr üçün “soyqırım” ifadəsinin istifadəsinin doğru olmadığını faktlarla, sübutlarla dəfələrlə bəyan ediblər. 25 sentyabr 1919-cu ildə Ərzuruma Amerikadan general Harbord başqanlığında incələmə heyəti ermənilərin törətdikləri qırğınları gözləri ilə görüb əhatəsindəkilərin yanında:- “Necə ola bilər ki, Həzrəti-İsanın qulları belə bir qətliam törədə bildilər!!!" –deyibər. General Harbord Ərzurum və çevrəsindəkilər gördüyü vəhşət qarşısında dəhşətə düşüb o qədər üzülmüşdür ki, İrəvanda daşnak qatillərinin onlara uzatdıqları əllərə toxunmağa belə özlərinə rəva bilməmişlər. ABŞ-ın İstanbuldakı səfiri Morgentaunun hesabatında 750 min erməninin faktiki olaraq Zaqafqaziyada yerləşdirildiyi, Konyadakı Amerika yardımı komitəsinin direktoru Meri Küşmən 1915-ci ildə yarım milyon erməni köçkünün sağ-salamat bu şəhərdən keçib getdiyini, Amerika konsulu Cessi B.Cəkson Kilikiya katalikosu II Sakal-Xakayanın və arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin ifadələrinə əsaslanaraq Cənuba köçürülmüş bir milyon erməninin təxminən 100 mininin sağ-salamat Suriya və Mesopotomiyanın ərazisinə keçdiyini, doktor Henri Riqqz Türkiyənin Xarput vilayətində yaşayan 175 min erməninin 25 mininin yerlərindən tərpənmədən hazırda da burda yaşamağa davam etdiyini yazmışdılar. Həmin dövrün şahidləri, tədqiqatçıları Naynz və Sazerləndin Anadolu torpaqlarının bir çox vilayətlərini gəzib görüb eşitdiklərinə dair ABŞ-a yazıb göndərdikləri hesabatın son sətri belədir: “Biz inanırıq ki, ermənilər türklərə, türklərin ermənilərə etdiyindən daha çox cinayətdə günahkardırlar.”
ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportda deyilir: "Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassız... Osmanlı İmperatorluğunun azlıqlara qarşı müdhiş sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Azlıqlar, öz dini azadlıqlarını və həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Bu rəqəmin 2 milyon ətrafında olduğu bir gerçək. Erməni itkinlərinin isə 500 min ətrafında olduğu araşdırmalarla sübut edildi. Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə etdi.
"Zəngəzur" Cəmiyyətləri Birliyinin bəyanatı:
Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısını almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq."
Ötən əsrin əvvəlindən sonunadək ermənilər bu gün də onlara hərbi-siyasi dəstəyini açıq formada davam etdirən dövlətlərin diqtəsi ilə Anadolu və Qafqazın müsəlman türk əhalisinə qarşı tarixdə misli görünməmiş vəhşiliklər törətmişlər. Həmin dəstəkçi ölkələrin təmsilçiləri olan Avropalı parlamentarilər bu gün xristian təəssübkeşliyindən bir addım da geri çəkilməyərək özəl siyasi ambisiyalarından çıxış edərək bu qətliamlara, soyqırıma haqq qazandırdıqlarını nümayiş etdirirlər. Hədəf isə Türkiyə ilə yanaşı, həm də 23 ildir BMT tərəfindən tanınan ərazilərinin20 faizi Ermənistan tərəfindən işğal altında saxlanan, 1 milyon insanı deportasiyaya məruz qalan Azərbaycandır. Avropalı parlamentarilər Avropa adına ayıb, qara damğa sayıla biləcək bir qərara səs verib imza etdiklərinin mənəvi cəzasını çəkməklə yanaşı, bundan sonra doğuracağı nəticələrə görə də cavabdehlik daşıyırlar.”
“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyəti və Ağsaqqallar Şurası adından
Birliyin sədri Hacı Nərimanoğlu
16 aprel 2015-ci il


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!