Qalx ayağa Azərbaycan! .....                        “İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı .....                        Telli Borçalının adından dələduzluq .....                        Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                       
Tarix : 14-04-2015, 17:30
BAXCP-dən Roma Papasına sərt etiraz


“Əgər I Fransiskin cavabı vaxtında verilsəydi, indi o, ahıl vaxtında növbəti dəfə xərifləməzdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
İctima-siyasi məsələlərin müzakirəsi zamanı BAXCP İdarə Heyətinin müzakirə etdiyi əsas məsələ Roma Papası I Fransiskin uydurma “erməni soyqırımı” ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı olub. Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı kimi dəyərləndirməsi BAXCP İdarə Heyətinin kəskin etirazına səbəb olub.
Müzakirələrin nəticəsi olaraq qəbul edilən bəyanatda Roma Papasının fikirləri islamafobiyanın doğurduğu nəticələrdən biri kimi qiymətləndirilib.
Bəyanatda Fransiskin ən güclü erməni diasporunun olduğu bir ölkədə - Argentinada doğulduğu, uzun illər burada yaşadığı və fəaliyyət göstərdiyi xatırladılır: “Argentina ictimai-siyasi və din xadimlərinin erməni diasporu tərəfindən daha çox satın alındığı ölkələrdən biri və bəlkə də birincisidir”.
BAXCP İdarə Heyətinin qənaətinə görə, Fransiskin fikirlərində bölücülüyə, qarşıdurmaya rəvac verə biləcək mülahizələrin yer alması dini-ekstremist dairələrin fəaliyyətindən heç də az təhlükəli deyil: “İŞİD, Əl Şebab, Əl Qaidə, Boko Haram və digər ekstremist və cinayətkar qrupların fəaliyyəti dünyada islamın nüfuzunun artmasına, sivilizasiyalar və dinlərarası dialoqa nə qədər “xidmət” edirsə, Roma Papasının çıxışı da xrisianlığa, dini konfessiyalar arası münasibətlərin, humanizm prinsiplərinin qorunmasına bir o qədər və bəlkə də daha artıq “xidmət” edir”.
BAXCP İdarə Heyətinin bəyanatında Gürcüstanın Katalikos-Patriarxı II İliyanın erməni icmasının təmsilçiləri ilə görüşündə səsləndirdiyi fikirlərə də diqqət çəkilir: “Gürcüstan Patriarxı erməni icmasının nümayəndələri ilə təması zamanı Roma Papası ilə görüşündən danışmış və I Fransiskin dediklərindən belə bir iqtibas gətirmişdi: “Gürcüstan və Ermənistan islam dünyasının içərisində bir vadididr və onlar bir-birlərini müdafiə etməlidirlər”. BAXCP İdarə Heyəti hesab edir ki, Roma Papasının Gürcüstan Patriarxı tərəfindən ictimailəşdirilən bu fikirləri I Fransiskin nə qədər “Allah adamı” olduğunu sübuta yetirir: “Əgər I Fransiskin cavabı vaxtında verilsəydi, indi o, ahıl vaxtında növbəti dəfə xərifləməzdi”.
BAXCP İdarə Heyəti bəyan edir ki, Roma Papasının Xocalıda və işğal altında olan digər Azərbaycan ərazilərində azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş hərbi cinayətkarların qarşısında qondarma “erməni soyqırımı”ndan tarixdə baş vermiş bir hadisə kimi söz açması, işğala, terorra, bəzəriyyət əleyhinə cinayətlərə haqq qazandırılması anlamına gəlir: “Bu isə bütün dünyəvi dinlərin, o cümlədən xristianlığın təbliğ etdiyi humanizm prinsplərilə ziddiyyət təşkil edir, yalanın, zorakılığın, terrorun, işğalın doğura biləcəyi yeni-yeni fəlakətlərə, qarşıdurmalara yol açır”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!