Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 24-10-2015, 13:38
Cümhuriyyət ordusunun qurucusu


Azərbaycanın sərkərdə oğulları heç zaman unudulmur, həyat və döyüş yolları gələcək nəsillərə təbliğ edilir. Keçən il ölkə Prezidenti İlham Əliyevin generallar Əlağa Şıxlinskinin 150, Cəmşid Naxçıvanskinin 120 və bu günlərdə tam artilleriya generalı Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi barədə imzaladığı sərəncamlar dövlətimizdə hərb tarixinə verilən diqqətin bariz nümunəsidir.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından sayılan S.Mehmandarov hər şeydən öncə, hərbi quruculuq prosesinin mahiyyətini, onun dövlət siyasətində yerini müəyyənləşdirməyi və bütün imkanları da bu məsələlərin həllinə doğru istiqamətləndirməyi bacarmışdı. O, yüksək kürsülərdən dəfələrlə bəyan edirdi ki, Cümhuriyyət ordusu siyasətdən kənarda qalmalı, yalnız Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalıdır. Hərbi nazir olduğu müddətdə bu prinsipə dönmədən riayət edən S.Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də alqışlanır və hökumətdə hərbi nazir postu yalnız ona tapşırılır. Beləliklə, 1918-ci il noyabrın 1-də hökumət hərbi nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən tam artilleriya generalı yenidən hərbi xidmətə çağırılır. O, hərbi nazirin müavini təyin edilərək, həm nazirliyin, həm də ordunun formalaşdırılması məsələlərinə rəhbərlik edir. Görkəmli sərkərdənin peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycan xalqına və dövlətinə sədaqəti tez bir zamanda öz təsdiqini tapır və 1918-ci il dekabrın 25-də o, hərbi nazir vəzifəsinə irəli çəkilir. 1918-ci ilin sonlarında müttəfiq dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan hökuməti qarşısına hərbi qüvvələrin, o cümlədən hərbi nazirliyin Bakıdan çıxarılması tələbini qoyur. Bununla əlaqədar nazirlik Gəncəyə köçürülür. 1919-cu ilin ortalarınadək hərbi nazirlik fəaliyyətini orada davam etdirmək məcburiyyətində qalır. Paytaxtdan ayrı düşmək qarşıda dayanan mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, S.Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin iş keyfiyyətlərindən məqsədyönlü istifadə etməsi mövcud çətinliklərin həllində dönüş yaradır. Kadrlarla işlərin düzgün qurulması onun hərbi nazir kimi uğurlu fəaliyyətini şərtləndirən başlıca amillərdən biri idi. Böyük etimad, yüksək tələbkarlıq və daimi qayğı Əlağa Şıxlinski, Məmməd bəy Sulkeviç, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, İbrahim bəy Vəkilov, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Teymur bəy Novruzov kimi onlarca digər generalın, yüksək rütbəli milli zabitlərin təşəbbüskar fəaliyyətinə geniş meydan açdı. Zabit kadrlarının milli zəmin üzərində təkmilləşdirilməsinə önəm verən sərkərdənin təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açılır. Eyni zamanda

İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başlayır. Qısa müddət ərzində Azərbaycan Ordusunda iki piyada, bir süvari diviziyası, Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılır. Ordunun tərkibində 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi. Şəxsi heyətin sayının 40 min nəfərə çatdırılması və texnika təchizatını gücləndirmək məqsədilə 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil alınması planlaşdırıldı. Artıq Gəncədə bir hərbi zavod işləməyə başlamışdı. Azərbaycanın Avropa ölkələrindən silah alması müşkül idi. Antanta ölkələri Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrinə qısqanclıq göstərirdi. Çatışmazlıqlara baxmayaraq, ordu xeyli möhkəmlənmiş, yüksək intizamlı ordu yaradılmışdı. 1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz təəssüratlarında yazırdı: "Mənə deyirdilər ki, burada qarışıqlıqla qarşılaşacağam, amma heç bir qarışıqlıq görmədim... Yolboyu biz Azərbaycan Ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildilər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan Ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur".

Aprel işğalından sonra Moskvaya Daimi Artilleriya komissiyasının üzvü kimi səhra qərargahına göndərilən S.Mehmandarovun öz əli ilə yazdığı qeydləri bu günümüzə gəlib çatan dəyərli faktlardır. "Cümhuriyyət hökuməti əsgəri işlərə əhəmiyyət vermişdir. Hərbiyə nəzarətə general Səməd bəy Mehmandarov təyin olunmuşdu. Onun müavini rus artilleriyasının "Allahı" general-leytenant Əlağa Şıxlinski, baş qərargah rəisi isə general-leytenant Süleyman bəy Sulkeviç idi. 24 min süngü, 6 min piyada, süvari topçu və digər siniflərdən ibarət hər cür silahla yaraqlanmış bir ordu qurulmuş və Xəzər dənizində kiçik bir flot hazırlanmışdır. Düşmən qüvvələr itaət və nizam altına alınmışdır".

Ordu quruculuğunun milli zəmində qurulması S.Mehmandarovun hərbi nazir kimi önəm verdiyi əsas xətt idi. Mövcud tarixi şəraitdə ölkədə türk və rus hərbi təcrübələrinin təsirli olmasına baxmayaraq onların mütərəqqi formalarından məhz milli zəmin əsasında istifadəyə üstünlük verilirdi. Əsgər və zabiti xalqına daha da yaxınlaşdıran, Vətəninə daha dərindən bağlayan dəyərləri əsas götürən S.Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edir. O, azərbaycanlı döyüşçülərin müqəddəs kitabımız Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içmələrini zəruri sayır, marşların ana dilində oxunmasını tələb edir, milli rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqləyir. Xalqımızın zəngin hərb tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında təbliğinə, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş verir.
Cümhuriyyət ordusunun qurucusu

Yeni yaranan hərbi hissələrdə aşkara çıxan fərarilik, çağırış və səfərbərlik üzrə işlərin düzgün aparılmaması hallarını aradan qaldırmaq, əhalidə orduya inam yaratmaq üçün hərbi nazir general S.Mehmandarovun xalqa müraciəti olur. Onun 1919-cu il fevralın 25-də parlamentdə proqram xarakterli çıxışında, əmr və yazışmalarında imkanlı şəxslərin övladlarının hərbi xidmətdən yayındırılması sərt tənqid edilirdi. Əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsinə görə çağırış və səfərbərlik işinin yeni sistemi tətbiq olunur. Fərarilik və xidmətdən yayınmanın əsas səbəblərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır. Mövcud tarixi şəraitdə - Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması məqsədilə döyüş tapşırığının icrası, 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və s. general S.Mehmandarovun Vətən qarşısında xidmətlərinin ən yüksək göstəriciləri idi. Qarabağ və Qazax-Tovuz bölgələrində genişlənən erməni daşnak qüvvələrinin hücumlarının qarşısının alınması və qısa vaxtda ölkənin hərbi potensialının formalaşdırılması kimi vəzifələrin öhdəsindən bacarıqla gəlmiş general Mehmandarov xalqımızın sərkərdəlik tarixinə şanlı səhifələr yazıb.

Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Reklam xidmətləri
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!