Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 3-12-2015, 10:09
Niyə məhz Nardaran? - Eldar Quliyevdən ŞOK AÇIQLAMA



Milli Məclisin deputatı Eldar Quliyev Nardaranda baş verən hadisələrlə bağlı Modern.az saytına açıqlama verib.
O bildirib ki, Taleh Bağırov və onun tərəfdarları “Müsəlmanlar Birliyi” adı altında Azərbaycan xalqına, dövlətə və dövlətçiliyə qarşı düşmənçilik nümayiş etdirib:

“Bunu hər kəs anlayır, başa düşür. Özlərini dindar kimi qələmə verənlər silah-sursata sarılırlar. Bu onların əsl iç üzünü göstərir. Müxtəlif zamanlarda bu kimi hadisələr baş verib və hər zaman da dövlətimiz tərəfindən qarşısı qətiyyətlə alınıb. Bir neçə il bundan öncə Təhsil Nazirliyi qarşısında hicabla bağlı aksiyalar keçirildi. O zaman insanlar əllərində küt alətlərlə aksiyaya qatılmışdılar və orada dövlətçiliyə qarşı çağırışlar səsləndirmişdilər. O aksiyada qanunsuz əməllərinə görə Taleh Bağırov saxlanıldı. Müəyyən müddət cəzasını çəkdi. Amma azadlığa çıxandan sonra öz çirkin əməllərini davam etdirdi”.

Deputat bildirib ki, qanunsuz əməllərinə görə Taleh Bağırov həbsdə olarkən onun ətrafındakı insanlar yalnız Nardaranda deyil, Masallıda, Lənkəranda, Gəncədə və digər başqa bölgələrdə anti-Azərbaycan təbliğatı apararaq, bəzən qadağan olunmuş dini kitablar vasitəsilə gənclərin dini baxışlarını dəyişərək, öz tərəfinə cəlb edə bilib.

"Bu əlbəttə ki, bizlərdə təəssüf doğurur" deyən Eldar Quliyev onu da qeyd edib ki, belə qüvvələr Azərbaycanın müstəqilliyinə qarşı mübarizə aparır və dövlətin inkişafını istəmirlər.

“Azərbaycanın müsəqilliyini istəməyən qüvvələr var. Belə şəxslər xaricdən idarə olunur. Başqa bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Ətraf ölkələrə nəzər salsaq görərik ki, dünya üzrə müsəlman ölkələri içərisində ən stabil dövlət Azərbaycandır. Dünyanın ayrı-ayrı ölkələrində islam dinini 50-100 yerə bölürlər. Bu təriqətlər biri-birinə qarşı əsl müharibə aparırlar və müsəlmlar arasında qanlar axıdılır. Azərbaycanda isə bunun əksinədir, dövlətimizdə sakitçilik, sabitlik, əmin-amanlıq hər zaman qorunub saxlanılır. Bunu gözü götürməyən qüvvələr dini pərdələr altında dövlətimizin müstəqilliyini təhdid edirlər. Amma onlar bilməlidirlər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti uğurla davam etdirən güclü dövlət başçımız var. Xalq hər zaman Prezidentimiz İlham Əliyevin yanındadır. Azərbaycan dövlətinin gücünü heç bir qüvvə sarsıda bilməz”.

Deputat Nardaranda baş verən hadisələri qətiyyətlə pisləyib:

“Mən bununla bağlı ölkə rəhbərliyiniə müraciət ünvanlayıb, Nardaranda baş verən hadisələrə son qoyulmasını xahiş etmişəm. Bu hadisələrdə birbaşa günahkar olan Taleh Bağırov və onun tərəfardarlarıdır. Çünki onlar dövlətimizə qarşı anti-təbliğat aparıblar. Onlar dövlətçiliyimizə qarşı çıxıblar. Onlar Azərbaycan dövlətinin qoruyucusu olan polisə atəş açıblar. Onlar Konstitusiyamızın dəyişdirilməsini irəli sürüblər. Bütün bunlar xalqın gözü önündə baş verib. Onların kimliyi hər kəsə yaxşı bəllidir.

Biz hesab edirik ki, Azərbaycan hüquq-mühafizə orqanlarının noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat təqdirəlayiqdir. Bu hadisəni törədənlər, qan axıdanlar qanun qarşısında layiqli cəzalarını alacaqlar. Onların qanun qarşısında cəzalandırılmasını istəyirik.

Bu, yalnız mənim deyil, bütün Bakı kəndlərində yaşayan insanların istəyidir, bütün seçicilərin istəyidir. Hər bir Azərbaycan vətandaşının istəyidir”.

Nardaranda məktəbyaşlı uşaqların dövlət, Konstitutsiya əleyhinə fikirlər səsləndirmələrinə millət vəkili kəskin münasibət bildirib: “Onlar 6-8 yaşlı uşaqları da öz tərəflərinə çəkərək dövlət, Konstitutsiya əleyhinə istifadə edirlər. Əsas məqsədləri Azərbaycan Konstitutsiyasına dəyişiklik etməkdir. Mən hər bir Azərbaycan vətəndaşına səslənərək, müstəqilliyimizə kölgə salmaq istəyən anti-Azərbaycan meyilli qüvvələrdən uzaq durmağı məsləhət görürəm. İnsanlarımızı belə qara qüvvələrə qarşı mübariz olmağa səsləyirəm.

Belə pozucu, ektremist insanlarla bağlı çox ciddi tədbirlər görülməlidir. Taleh Bağırov kimi insanların bizim dövlətimizdə yeri yoxdur. Biz özümüz xalq, millət olaraq buna yol verməməliyik. Ümid edirəm ki, məhkəmədə Taleh Bağırov və onun kimi insanlar layiqli cəzalarını alacaqlar”.

Nardaranda kommunal məslələrlə bağlı ciddi problemlər ortaya çıxdığını vurğulayan millət vəkili bildirib ki, əslində Prezident 2000-ci ilə qədər onların bütün borclarının silinməsini tapşırmışdı.

“İndi yaranan borclar 2000-ci ildən bu yana olan borclardır. Sual olunur, onlar niyə borclarını ödəməməlidirlər? Dünyanın heç yerində qaz, işıq, su pulsuz verilmir. Maştağa, Zabrat, Bilgəh, Mərdəkan və digər kəndlərdə yaşayan insanlar buna etiraz olaraq bildirirlər ki, nəyə görə nardaranlılar kommunal borclarını ödəmirlər, onlar isə ödəyirlər.

Mən hesab edirəm ki, nardaranlılara heç bir güzəşt olmalı deyil. Güzəşt etdikcə, onlar bundan sui-istifadə edirlər”.

E.Quliyev onu da vurğulayıb ki, dekabrın 4-də Milli Məclisdə “Dini ekstremizimə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

“Mən bunu bir az da gecikmiş qanun hesab edirəm. Düşünürəm ki, bu qanunla müəyyən məsələlər tənzimlənəcək. Azərbaycana dövlətinə qarşı olanlar heç cür bağışlanmalı deyil. Azərbaycan xalqının hər bir nümayəndəsi, əsas da ziyalılar bu məsələdə öz mövqeylərini bildirməlidirlər. Ekstremistlər layiqli cəzalarını almalıdırlar”.

“Niyə din pərdəsi altında ekstremist hadisələr məhz Nardaranda ortaya çıxır” sualını Eldar Quliyev bu şəkildə cavalandırıb.

“SSRİ zamanında, xüsusilə ötən əsrin 60-70-ci illərinə kimi Nardaranda belə hadisələr qeydə alınmamışdı. Çünki o zaman başqa ölkələrə gediş-gəliş yox idi. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra sanki bir boşluq əmələ gəldi. Və bundan xarici qüvvələr istifadə etməyə çalışdılar. Nardaran camaatı məndən inciməsin, orda xurafata meyillilk var. Bundan xarici qüvvələrə yararlanmağa çalışdı. Təəssüflə deyim ki, nardaranlılardan alət kimi istifadə edənlər var”.

E.Quliyev mətbuatda onun deputat ofisinin bağlı olması haqqında yayılan xəbərlərə də aydınlıq gətirib.

“Mənim deputat ofisim bütün ilboyu seçilərimin, o cümlədən də nardaranlıların üzünə açıqdır. Mən hər bazar günü seçicilərimlə özüm görüşlər keçirirəm. Bizim ofisin bağlı, ya açıq olmasını bilmək istəyən şəxs istədiyi vaxt bura gəlsin. Şahidi olacaq ki, deputat ofisim bağlı deyil və buranın qapıları seçicilərimin üzünə hər zaman açıqdır. Bu məsələni qabardanlar təkzib verməsələr, onları məhkəməyə verəcəm.

Hesab edirəm ki, çalışdığı sahədən asılı olmayaraq, hər kəs dövlətini, millətini sevməlidir. Ona görə də Nardaran hadisələri zamanı millət vəkili olaraq dəfələrlə çıxışlar etmişəm. Mətbuatdan xalqa, hakimiyyətə müraciət edərək, bu hadisələri törədənlərin cəzalandırılmasını istəmişəm, hakimiyyəti dəstəkləmişəm.

Mən hər zaman seçicilərimlə birlikdə dövlətçiliyimizə qarşı olan qüvvələrin qarşısındayam. Amma görünür ki, bəzi jurnalistlər də həmin ekstremist qüvvələrlə eyni mövqedədirlər. Bir daha qeyd etmək istəyirəm ki, bu kimi xəbərləri yayan jurnalistlər təkzib verməsələr, onlarla bağlı ölçü götürəcəm və məhkəməyə verəcəm”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!