Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                        Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtları .....                        Tramp və Zelenski telefon danışığı apardılar .....                        Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək" .....                       
Tarix : 3-12-2015, 08:53
Millət vəkili tənqid etdi: “İnsanlar Nardaranla bağlı danışmağa çəkinirlər”



“İnsanlar Nardalan hadisələri ilə bağlı fikir bildirməyə çəkinirlər. Amma fakt dövlətə silah çevrilib, polis də dövləti qoruduğundan ona silah çevirəni zərərsizləşdirməlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas səsləndirib. Millət vəkili bildirib ki, kim əlinə silah alıb, dövlətə atəş açacaqsa, aqibəti belə olacaq: “Bu olayla bağlı millət vəkilləri Siyavuş Novruzov, Aydın Mirzəzadə və Əflatun Amaşov danışıb. Lakin əksər insanlar söz deməyə çəkinirlər. Amma fakt dövlətə silah çevrilib, iki polis nəfəri öldürülüb. Qarşıdurma yaranıb, polis dövləti qoruduğundan ona silah çevirəni zərərsizləşdirməlidir. Polis Nardalan əhalisinin asayişini, əmin amanlığını qoruyur. Kimsə əlinə silah götürüb dövlətə, polisə qarşı güllə açacaqsa aqibəti sonda belə olacaq. Hər kəsin bir mövqeyi var. Kim istəyər danışar, kim də istəməz danışmaz”.

A.Abbas Azərbaycanın tolerant ölkə olduğunu, hətta bəzən özünün buna qarşı olduğunu da bildirib. Millət vəkili tolerantlığa qarşı olmasını bu cür əsaslandırıb: “Çox tolerantlıqdan yararlanıb, bundan öz məqsədləri üçün istifadə edənlər olur. Bu səbəbdən mən bir az da bunun əleyhinəyəm. Azərbaycan müstəqil dövlətdir, hər kəs istədiyi dinə xidmət edə bilər. Amma bu o demək deyil ki, onlar qulluq etdiyi dindən Azərbaycana, dövlətə qarşı istifadə edə bilər. Din əxlaqdır, hamımız dindar adamlarıq. Hamının Allahı, peyğəmbəri, imanı var”.

Deputat Nardaran camaatının da belə hadisələrə qarşı olduğunu vurğulayıb: “Elə bilirsiniz, nardaranlıların çox xoşu gəlir ki, orada bu hadisə olsun? Qətiyyən, camaatın işi, gücü, məktəbi, xeyri-şəri var. Sadəcə bəzi qüvvələr dindən başqa məqsədlər üçün istifadə edirlər. Bundan da başqa məqsədlər üçün istifadə edildikdə dinlikdən çıxır. Allah buyurmur ki, silah çevir. Götürsünlər "Quran"ı oxusunlar, orada belə bir şeyə rast gələ bilərlərmi? İnanclı insanların inacından istifadə edənlər cəzalarını aldılar və alacaqlar”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!