Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 1-12-2015, 09:05
İlham Əliyev Nardaranda keçirilən xüsusi əməliyyatı nəzarətə götürdü



Azərbaycanın Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluğu Nardaran hadisələri ilə bağlı birgə məlumat yayıb.

Butov.az-ın Oxu.Az-a istinadən məlumatına görə, birgə məlumatda xatırladılıb ki, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlətin yaradılmasını planlaşdıran silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üzrə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərmiş cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirən polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olublar.

Hadisə yerindən maddi sübut kimi 4 avtomat, 4 tapança, 12 qumbara, biri kənardan idarə edilən olmaqla 3 ədəd partlayıcı qurğu, 10 ədəd "Molotov kokteyli", 7 ədəd bıçaq və xəncər, 3 ədəd beşbarmaq və s. götürülmüşdür. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci, 214-cü, 220-ci, 228-ci, 233-cü, 278-ci, 279-cu, 281-ci, 283-cü, 315-ci və digər maddələri ilə cinayət işi başlanılıb. Cinayətkar dəstənin başçısı Taleh Bağırov başda olmaqla, 24 üzvü barədə məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xüsusi əməliyyat başa çatdıqdan sonra ayrı-ayrı destruktiv elementlər Nardaran qəsəbəsində icazəsiz toplantı keçirməyə, sakinləri konstitusion quruluşa qarşı çıxmağa, hakimiyyət nümayəndələrinə zor tətbiq olunmasına, kütləvi itaətsizliyə çağırışlar edib, yolları bağlayıb, barrikadalar qurub, silah qismində əşyalar toplayıb, lakin həyata keçirilən tədbirlərlə bu cür qanunazidd hərəkətlərin qarşısı alınıb.

O da qeyd edilməlidir ki, daxili işlər və prokurorluq orqanları tərəfindən dəqiqləşdirilmiş məlumatlar əsasında qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular saxlayan şəxslər müəyyən edilərək həmin əşyaların könüllü təhvil verilməsi tələb olunub, ancaq qəsəbənin bir qrup nümayəndəsinin silah saxlayan şəxslərə müvafiq müraciəti müsbət nəticə verməyib.

Cari il noyabrın 30-da isə Gəncə şəhərində “Müsəlman birliyi” hərəkatına dəstək verən 6 nəfər saxlanılıb, yaşadıqları ünvanlara baxış zamanı oradan 1 avtomat, 1 tüfəng, 12 qumbara, çoxlu sayda döyüş sursatı, dini ədəbiyyat və s. aşkar edilib götürülüb
.
Bununla yanaşı, Azərbaycanın vətəndaşları olduqları halda, qəsəbənin bir sıra sakinləri hüquqi, dünyəvi, demokratik dövlət quruluşuna və idarəçiliyinə qarşı çıxır, özlərini dövlət orqanlarına münasibətdə tərəf saymağa, hakimiyyət nümayəndələri ilə danışıqlar aparmaq kimi bölücülük xarakterli şərtlər və digər qanunsuz tələblər irəli sürməyə cəhdlər göstərirlər.
Dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirmiş həmin şəxslər qəsəbədə ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirlər.

Nardaran qəsəbəsində gərginliyin saxlanılmasına edilən cəhdlər onun sakinlərinin bir qismində, həmçinin ölkənin bütün vətəndaşlarında narazılıq, narahatlıq doğurur və onlar dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə yönələn hüquqazidd əməllərin qarşısının alınmasını, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpa edilməsini, dövlət və bələdiyyə orqanlarının normal işinin təmin olunmasını, silahlı cinayətkar qruplaşmalara qarşı qətiyyətli tədbirlərin görülməsini tələb edirlər.

Göstərilənlər nəzərə alınaraq, vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə 2015-ci il dekabr ayının 1-də saat 8.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılmışdır. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulmuş və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcəkdir.

Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!