Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                       
Tarix : 7-12-2015, 12:39
“Günəşli” yatağında baş verən hadisə zamanı yaralanan neftçilərin sağlıq durumları hazırda qənaətbəxşdir.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkimi Rauf Kərimov bildirib.
“...Yenə yanğındır, hamı qışqırır” - Faciədən sonra şok



Həkim qeyd edib ki, yaralılardan ikisinin vəziyyəti əvvəlcə kafi olsa da, hazırda normaldır: “İki xəstədən birinin iki qaşı arasında kəsik, o birinin isə alın nahiyəsində dəri qopması var idi. Bütün müayinələri etmişik, vəziyyətləri indi qənaətbəxşdir. Narahatçılığa heç bir əsas yoxdur”.

Hazırda xəstəxanada olan əməkdaşımız yenidən yaralı neftçilərlə görüşüb.
“...Yenə yanğındır, hamı qışqırır” - Faciədən sonra şok



Faciə baş verən yataqda energetik vəzifəsində çalışan Ənvər Əliyev məlum hadisələri xatırlamaq istəmədiyini deyib.
“Hazırda səhhətim normaldır. O dəhşəti xatırlamaq istəmirəm. Hələ də gecə saat 4-də xilas edildiyimiz an gözümün qabağından getmir. Hər kəsdən razıyıq. Bizi bu çətin gündə tək qoymadılar”.



Yataqda operator vəzifəsində çalışan İmişli rayon sakini Mais Abassov faciəni belə xatırlayır: “Qayığımız pis vəziyyətə qalmışdı. Çox narahat idik. Dalğaların təsirindən qayıq yellənirdi. Başımız dəmirlərə dəyirdi. Ona görə də alın nahiyəm zədələnib. Neftçilərin çoxunun başından qan tökülürdü. Düz 21 ildir ki, dənizdə işləyirəm. Hələ belə bir hadisə görməmişdim. Burada hansısa təxribatdan söhbət gedə bilməz. Sadəcə olaraq dənizdə olan dalğalar boruları partlatdı və bu səbədən faciə baş verdi. İnşallah sağalan kimi işimi davam etdirəcəyəm”.
“...Yenə yanğındır, hamı qışqırır” - Faciədən sonra şok



Hadisə baş verən zaman platformada olan xidmətçi Əliyeva Məlahət isə söhbətimiz zamanı göz yaşlarını saxlaya bilməyib:

“3 ildir orada xadimə kimi işləyirdim. Hadisə baş verən gün də işdə idim. Birdən işıqlar söndü, güclü dalğalar platformaya vurmağa başladı. Hamı qışqırırdı ki, yanğın, yanğın...

Hər tərəfi tüstü basmışdı. Sonradan rəisin otağına toplaşdıq. Orada olan bütün əşyalar üstümüzə tökülməyə başladı. Nəfəs ala bilmirdik. Hələ də şokdayam. Özümə gələ bilmirəm. İş yoldaşlarımın üzü, orada keçirdiyimiz anlar gözümün qabağından getmir”.
“...Yenə yanğındır, hamı qışqırır” - Faciədən sonra şok



Qaynaqçı Rəşid Hüseynov hadisə zamanı kəllə-beyin travması alıb.

O digər iş yoldaşları kimi, hələ də faciənin təsirindən ayıla bilməyib: “O səslər qulağımdan getmir. Xəstəxanada pəncərəni açmışam, elə bilirəm yenə yanğındır, dalğaların səsi gəlir qulağıma. O dəhşətli səsləri beynimdən çıxara bilmirəm. Gəmidə olanda qohumlarımıza, yaxınlarımıza zəng edib yalvarırdıq ki, bizi xilas etsinlər, yoxsa dalğalar gəmini dəmirlərə çırpıb sındıracaqdı”.



Xəstəxanada olan digər neftçilərin - Mərdan Rəcəbov, Fərhad Ramazanov, Allahverdi Məmmədovun müalicə davam edir. Həkimin sözlərinə görə, onlardan bir neçəsi özünü yaxşı hiss etdiyindən evə getmək istəyir.
“...Yenə yanğındır, hamı qışqırır” - Faciədən sonra şok




Azvision.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!