“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 29-12-2015, 12:49
BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ



Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “2015-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsi qaliblərinin təqdimat mərasimi keçirildi.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Azərbaycan Mədəniyyət Işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Gülnarə Seyidova müxtəlif nominasiyalar üzrə fərqlənən mədəni-maarif işçilərinə və mədəni-maarif müəssisələrinə idarənin diplomlarını, pul mükafatlarını və hədiyyələri təqdim etdi. Tədbirdə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” nə həsr olunmuş Bakı Şəhər Musiqi kollektivləri festivalının qalibləri də elan edildi. Həmin gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə əlaqədar “Milli mədəniyyətimizin təməli” adlı Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri arasında keçirilən müsabiqənin nəticələrini də elan etdi. Təqdimatda mətbuat işçiləri tarixi abidələr, folklor və milli adət-ənənələr, görkəmli və tarixi şəxsiyyətlər nominasiyaları üzrə I, II, III dərəcəli diplom və hədiyyələrə layiq görüldü. Həmin gün “Bütöv Azərbaycan” qəzetinin jurnalisti Təranə Cəbiyeva tarixi abidələr nominasiyası üzrə III dərəcəli, görkəmli və tarixi şəxsiyyətlər nominasiyası üzrə I dərəcəli diplom və hədiyyə ilə mükafatlandırıldı. Daha sonra tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni rəisi Vüqar Zeynalovu idarənin kollektivinə təqdim etdi.

Rəsmi hissədən sonra tədbir maraqlı konsert proqramı ilə davam etdi. Konsertdə müğənnilərdən Aynur İsgəndərli, Aytac Şıxalizadə, Leyla Ramazanlı, Səidə Dadaşova, İzzət Bağırov və gənc bəstəkar Səfər Məmmədov gözəl mahnı çələngini ifa etdilər.

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ
BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ
BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!