"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 20-05-2016, 16:55
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə


Dezinformasiyalar Milli təhlükəsizliyimizə təhdiddir

Azərbaycan uzun illərdir ki, məcburən cəlb edildiyi münaqişə səbəbindən müharibə şəraitində yaşamağa məcburdur. Torpaqlarının böyük bir hissəsinin işğal altında qaldığı bir məmləkətin milli təhlükəsizliyinin və ordu quruculuğunun reallaşmasında dövlətin informasiya təhlükəsizliyi vacib şərtdir. Bu baxımdan mediada və sosial şəbəkədə orduyla bağlı dezinformasiyaların yayılmasında diqqətli olmaq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur.
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
Bakı Qızlar Universitetinin böyük zalında tələbə-gənclərin, mətbuat nümayəndələrinin, elm və KİV mütəxəssislərinin iştirakı ilə "Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır" mövzusunda keçirilən konfransda da əsas müzakirə mövzusu informasiya təhlükəsizliyi ilə bağlı oldu. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Dezinformasiyalar Milli təhlükəsizliyimizə təhdiddir" layihəsi çərçivəsində keçirilən tədbirin təçkilatçısı "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi (Hərbi Jurnalistlər Birliyi), təşkilati dəstəkçisi "Bütöv Azərbaycan" qəzeti redaksiyası idi.
[thumb]http://butov.az/uploads/posts/1463745584_dsc_0508.jpg[/thumb[thumb]http://butov.az/uploads/posts/1463745607_dsc_0513.jpg[/thumb]

Bakı Qızlar Universitetinin rektoru, professor Ağarəhim Rəhimov tədbiri açaraq bildirdi ki, bu sayaq tədbirlərin keçirilməsi olduqca gərəklidir. Çünki dövlətin ən mühüm təhlükəsizlik tərəflərindən biri informasiyaların yayılmasında dövlətçiliyə yönələ biləcək təhlükələrin qarşısının alınmasıdır. Medianın və sosial şəbəkənin olduqca geniş sferanı əhatə etdiyi bir zamanda informasiya yayıcılarının üzərinə ciddi məsuliyyət düşür. Bu sırada orduyla bağlı informasiyaların yayılması daha həssas məqamdır. "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin belə bir tədbiri bizim universitetimizdə keçirmək istəyi kollektivimiz tərəfindən məmnuniyyətlə qarşılandı. Müasir gəncliyin dövlətçilik ruhunda böyüməsi və dövlət təhlükəsizliyinin həssas məqamları ilə bağlı bilgili olmaları ciddi şərtdir. İnanıram ki, bu günkü müzakirələr işgüzar şəraitdə keçəcək və müəllim-tələbə kollektivi də bu müzakirələrdə fəal iştirak edəcək. Konfransın işinə uğur dilyirəm.
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə

Tədbirin aparıcısı Bakı Qızlar Universitetinin elmi işlər üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli tədbirin məqsəd və məramı barədə qısa məlumat verdikdən sonra şəhidlərin xatirəsi ehtiramla yad olundu.

Hərbi Jurnalistlər Birliyinin sədri - layihə rəhbəri Tamxil Ziyəddinoğlu mövzu üzrə məruzə etdi. Qeyd olundu ki, Azərbaycan Konstitusiyası hər kəsə istədiyi məlumatı əldə etmək və yaymaq azadlığı verib. 1998-ci ildə senzura ləğv edilib. Dövlətimiz mətbuat üzərində nəzarətdən imtina edib. Media layihələrinin maliyyələşdirilməsinə 20 milyon manatdan artıq vəsait ayırıb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq internet portalı fəaliyyət göstərir. "KİV haqqında", "Rabitə haqqında", "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi şəffaflıq yaratmaqla bərabər sərhədləri aşan informasiyaların ayaq açmasına da geniş meydan verib. Belə ki, 9,6 milyon əhalisi olan ölkədə 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. "Az" domenində 20 min internet saytı qeydiyyatdan keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır.
Təəssüf ki, virtual informasiya məkanının genişlənməsi, milli informasiya mühitinin pozulması beynəlxalq və yerli ictimai rəyin idarə olunmasına, siyasi proseslərin yönləndirilməsinə cəhd edənlərə münbit şərait yaradır. Transmilli informasiya siyasəti sərhədlərimizi asanlıqla aşaraq ölkəmizin imicinə, milli təhlükəsizliyimizə ciddi təsir göstərir.
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə

Xalqımız 1990-cı illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı ayrı-ayrı "ekspertlərin", kütləvi informasiya vasitələrinin qeyri-peşəkar, qanunlara və milli maraqlara zidd, bəzi hallarda təxribatçı fəaliyyətinin acısını dadıb. O vaxt bəzən Azərbaycan silahlı birləşmələrinin əməliyyat planı əvvəlcədən qəzet səhifələrində müzakirə olunur, hərbi arsenalın həcmi, hərbi hissələrin zəif mövqeləri, düşmənlə üzbəüz yaşayış məntəqələrində əhalinin sayı dəqiqliklə təsvir edilirdi. Düşmən kəşfiyyatı mətbuatı izləməklə özünə lazım olan informasiyanı asanlıqla əldə edə bilirdi. Sərhədyanı zonalarda yaşayan əhalinin sosial problemlərini, təhlükəsizlik məsələlərini qabardaraq əhalini həmin əraziləri tərk etməyə təşviq edirdilər. Torpaqlarımızın işğal olunması da, milli təhlükəsizliyimizə cavabdeh dövlət qurumu olan MTN-nin bir müddət milli təhlükə mənbəyinə çevrilməsi də məhz qeyd olunanların təzahürüdür.
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə

Bu layıhəni həyata keçirməkdə məqsədimiz sizlərin- tələbə gənclərimizin, sosial media istifadəçilərinin fəal köməyilə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməkdir. Jurnalistlərimizə, əsasən də sosial şəbəkə fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara vətəndaşlıq mövqeyi aşılamaq, onları ölkəmizin mənafeyini qorumağa, informasiya siyasətini müdafiə etməyə, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının qarşısını almaq istiqamətində maarifləndirməkdir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlərdə sosial media istifadəçilərinə aid tövsiyyələr var. Hər birinizdən xahiş olunur ki, onları yaxınlarınızla, paylaşın. Çünki milli təhlükəsizliyimiz hər birimizin nümayiş etdirdiyi vətəndaşlıq mövqeyindən çox asılıdır.

Məruzəçi öz çıxışında şahidi olduğu hadisələrdən nümunələr çəkdi və belə halların təkrarlanmasının dövlətçiliyimizə təhlükə yaratdığını vurğuladı, gəncləri informasiya yayarkən ayıq -sayıq olmağa çağırdı.
İlham Məmmədli müasir dünyada dövlətlər arasındakı mübarizənin hərb meydanından daha çox informasiya məkanında getdiyini bildirərək torpaqları işğal altında olan bir ölkə vətəndaşlarının bu reallıqları daim diqqətdə saxlamalarını diqqətə çatdırdı. Qeyd etdi ki, Qarabağ münaqişəsini donmuş münaqişə adlandırmaq olmaz. Çünki ərazisinin işğal altında saxlanılması ilə Azərbaycan xalqı əbədiyyən barışmaz və bu müharibənin gec, ya tez baş verməsi qaçılmazdır. Yaxşı olardı ki, bədnam qonşularımız bu həqiqəti zamanında dərk edəydilər və sonda münaqişə sülh şəraitində tənzimlənəydi. Elə aprel ayının 2-5 arasında baş verən hadisələr də bunu bir daha göstərdi. Ordumuz düşmənə layiqli cavab verdi və qarşı tərəf də anladı ki, "nə müharibə, nə sülh" prosesi əbədi davam edə bilməz.
[center]"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
Professor Ağarəhim Rəhimov çıxışların və onlar ətrafında gedən müzakirələrin olduqca faydalı və işgüzar şəraitdə keçirilməsindən məmnunluğunu bildirərək qeyd etdi ki, bu sayaq tədbirlərin davamlı olması cəmiyyətə ancaq xeyir gətirə bilər. Çünki bu gün media və sosial şəbəkədə informasiya təhlükəsizliyi ilə bağlı bir çox incə məsələlər ciddi şəkildə pozulur. İnformasiya yayımında bir pərakəndəlik hökm sürür. Televiziyalarda bayağı verilişlər baş alıb gedir. Digər media qurumlarında da vəziyyət ürəkaçan deyil. Bunlar isə sonda informasiya siyasətimizə öz mənfi təsirini göstərir. Bu günkü tədbirin təşkili bizim hamımıza çox şey öyrətdi. Mən istəyirəm ki, tələbələrimiz, elə müəllimlərimiz də müzakirə elədiyimiz məsələləri cəmiyyətə transfer etsinlər. Bu yalnız milli mənafeyimizə və milli dövlətçiliyimizə xidmət edər.

Yazıçı-publisist Miraslan Bəkirli: “Milli təhlükəsiliyə xidmət elə milli-mənəvi dəyərlərimizə xidmətdir, balalarımıza, babalarımıza xidmətdir. Balalarımızın sabahına, sağlamlığına, təlim-tərbiyəsinə, bir vətəndaş kimi yetişməsinə xidmətdir. Babalarımızın ""ban ev" deyib qurduğu yurdlara, yatdığı torpağa-qəbir evlərinin qorunmasına xidmətdir. Bütün zamanlarda bizim torpaqlarımıza - baba əmanətlərimizə təcavüz olub, elə bu milli sərvətlərimizə təcavüzdür. Millətin "milli təhlükəsizlik" dediyimiz məfhumu elə millətin özüdü, sözüdü, dili, dini, abidələri, torpaqları, sərhədləri, sərvətləridi. Zaman-zaman sinəsi müharibələrə meydan olan məmləkətimizin bu gün təhlükəsizliyə daha çox ehtiyacı var. İşğal olunan torpaqlarımızın azadlığı və itirdiklərimizin qaytarılması üçün məhz dövlətimizin milli təhlükəsizliyinə daha çox ehtiyac var. Bu da "azərbaycanlıyam", "türkəm" deyən hər kəsin vətəndaşlıq borcudu. Bircə satqın kifayətdir ki, bir ləşkəri bada versin, yaxud bircə təxribat bəsdir ki, on illərlə yığılanlar bircə anın içində məhv olsun. Bu baxımdan bu işdə siz gələcək anaların, müəllimlərin daha çox xidməti ola bilər. Bizim vətənə hər cür xidmət, xüsusilə də milli təhlükəsizliyə vətəndaş yanğısı ilə yanaşmaq müqəddəs borcumuzdu.”
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
Digər çıxış edənlər, dövlətimizin müstəqilliyinin bərpasından sonra dezinformasiyaların cəmiyyətdə yaratdığı çaşqınlıq və törətdiyi ciddi fəsadlar barədə bilgilərini bölüşdülər. Universitetin müəllimi dosent Pərişan Həsənova informasiya təhlükəsizliyilə bağlı fikirlərini çatdıraraq, belə tədbirlərin respublikamızın hər yerində, əsasən də ali təhsil müəssisələrində, gənclərimizin çoxluq təşkil etdiyi sahələrdə keçirilməsini təklif etdi. Fəal müzakirələrə qoşulan tələbələr öz fikir və mülahizələrini səsləndirdilər. Respublikamızda aparılan ordu quruculuğu və aprel döyüşləri barədə suallarına cavab aldılar.
[center]"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə

Konfransdan gəlinən ümumi qənaət belə oldu ki, bu cür tədbirlər təmiz, saf gənclərimizin ayıqlaşmasına, dövlətimizə ziyan vura biləcək informasiyaların qarşısının alınmasına təkan verəcək.

Sosial media istifadəçiləri üçün yaddaş bukleti paylandıqdan sonra tələbələr jurnalistlər və digər qonaqlarla xatirə şəkli çəkdirdilər.

P.S Hərbi Jurnalistlər Birliyinin İdarə Heyəti Bakı Qızlar Universitetinin rəhbərliyinə, tələbə-müəllim kollektivinə tədbirin yüksək səviyyədə təşkilinə və müzakirələrdə fəal iştiraklarına görə minnətdarlığını bildirir.

HJB Mətbuat Xidməti
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
[center]"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə
"Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır"-Layihə


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!