ANAMA-dan 7 milyonluq müqavilə .....                        Azərbaycan benzini Ermənistana necə kömək edib? .....                        Dekabrda 894 nəfər COVID19-dan ölüb .....                        Metronun "Memar Əcəmi" stansiyasının bu çıxışı BAĞLANIR .....                        Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR .....                        Azərbaycanda dövlət qurumlarına 850 kiberhücum olub .....                        Azər Zahidin cinayət işinə xitam verildi .....                        Qarabağ Universitetinin ilk uğuru - FOTO .....                        Almaniyada viza fırıldaqçılığı: Azərbaycanlılar ilk "üçlük"də yer alıb .....                       
Tarix : 22-12-2016, 16:41
Təfəkkür Universitetində layihə təqdimatı keçirilib

Elm və Təhsil Mərkəzi Təfəkkür Universietində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Qarabağ müharibəsində Hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” adlı layihənin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Universitetin rektoru professor- Rahim Hüseynov bildirib ki, Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş şəxslərin tanıdılmasında, gənclərimizə örnək göstərilməsində təbliğata və müxtəlif tədbirlərin keçirilməsinə ehtiyac var. Onu da qeyd etdi ki, Universitetimizin 2013-cü il məzunu olan Nuranə Nəcəfovanın bu gün bizim müəssisəmizdə tədbir keçirməsi bizim üçün iki qat sevinc və fəxrdir.
Təfəkkür Universitetində layihə təqdimatı keçirilib

Tədbirdə çıxış edən İctimai Birliyin sədri, 701 saylı hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib.
Bu gün cəmiyyətdə Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatları və onların nəticələri, hərbi hissələrin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında gənclər arasında geniş təbliğat aparılır.
Təfəkkür Universitetində layihə təqdimatı keçirilib

Bizim qəhrəmanlıq səhifələrimizi təbliğ etmək məqsədi ilə hər bir kəs öz peşəsi sahəsində imkanlarından bacarıqla istifadə edərək Milli Ordumuzun müasir dövrdə baş verən döyüş əməliyyatlarında göstərdiyi şücaət və qəhrəmanlıqları işıqlandırmalı, sənədli və bədii filmlər, rəsmlər çəkilməli, povestlər yazılmalı, qəhramanlıq simaları yaradılmalı və əbədiləşdirilməlidir.
Bu sahədə görülən işlər ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda davam edən silahlı mübarizədə Azərbaycan Ordusunun ruhunu gücləndirir, əhalidə Ordumuza, Azərbaycan əsgərinə inam hisslərini möhkəmləndirir.
Təfəkkür Universitetində layihə təqdimatı keçirilib

Tədbirdə tarix elmləri doktoru Hacı Həsənovun, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən “Qarabağ müharibəsində Hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” mövzusunda layihənin icraçısı Nuranə Nəcəfovanın, müharibə veteranlarının çıxışları dinlənilib, tarixi-xroniki qısametrajlı sənədli film göstərilib, gənclərin müharibə və qəhrəmanlıq mövzularında çəkdikləri rəsm əsərləri nümayiş olunub və " Cənab Zabitlər" adlı hərbi klip nümayiş etdirilib.

N. Nəcəfova


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!